Sistem və məlumatlara nəzarət üzrə mütəxəssis
Son tarix 14 yan 2022
Əsas tələblər:
-
Ali təhsilli olmalı (iqtisadiyyat, tətbiqi riyaziyyat,texiniki sahələr) , magistr təhsili üstünlükdür;
-
İngilis dili biliyi yaxşı səviyyədə olmalı;
-
MS Office proqramlarından istifadə etməyi bacarmalı;
-
SAP üzrə biliklərə malik olmalıdır.
Vəzifə təlimatı:
-
Yeni mağazaların MRP-yə (Məhsul Ehtiyac Planlaması) daxil edilməsi və SAP tətbiq edilməsi;
-
Magazalar üzre MRP (Məhsul Ehtiyac Planlaması) aktiv məhsul sayının kontrol edilməsi və nəzarət edilməsi;
-
Açıq sifarişlerin kontrolu , məhsulların doğru ehtiyac planlaması üçün açıq sifarişlərin bağlanması;
-
MRP (Məhsul Ehtiyac Planlaması) tətbiq edilmiş məhsullarda mütəmadi olaraq Əsas Məlumat Optimizasiyası çalışmasının edilməsi;
-
Sistemə gələn tələblərin dəyərləndirilməsi və həyata keçirilməsi üçün təkliflərin hazırlanması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem və məlumatlara nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Müştəri xidmətləri üzrə bölmə rəisi (Logistika)
Son tarix 14 yan 2022
Əsas tələblər:
-
İqtisadiyat və biznesin idarəolunması ixtisasları üzrə ali təhsilli olmalı;
-
MS Office (Excel, Word, Power point, Power BI) biliyi olmalı;
-
Lojistika, depolama, planlama və satış sahəsində 3 il iş təcrübəsinə malik olmalı;
-
Analiz və problem həll etmə bacarığına sahib olmalı;
-
Logistik, dağıtım, müştəri xidmətləri işlərindən məlumatlı olmalı;
-
Səlist danışıq bacarığı və yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
Vəzifə təlimatı:
-
Məhsulları müştərilərə göndərildikdən sonra kəmiyyət uzlaşmasının təmin edilməsi;
-
Məhsulun göndərilmə, yerində qaimə-faktura və geri qaytarılma prosesinin izlənilməsi və idarə olunması;
-
Nəqliyyat departamenti ilə uzlaşmanın aparılmasının təmin edilməsi;
-
Fabrik ehtiyatları ilə yük ehtiyatları arasındakı kəmiyyət razılaşmasının qurulması;
-
Fərqlərin təhlil edilərək, uyğunsuzluqların aradan qaldırılması;
-
Müştərilərlə sistem inteqrasiyasının təmin edilməsi;
-
Standart sifariş faktura proseslərinin işlənib hazırlanmasının təşkil edilməsi;
-
Hər ay müştərilərlə görüşərək müştəri məmnuniyyətinin təmin edilməsi.
Əlavə məlumat:
-
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
-
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə bölmə rəisi(Logistika)” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyət üzrə mühəndis (İmişli , Kürdəmir, Biləsuvar)
Son tarix 14 yan 2022
Namizədə aid tələblər:
-
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
-
• Kimya mühəndisi;
-
• Qida mühəndisi;
-
• Mexanika mühəndisi.
-
Araşdırma və analizetmə bacarığı olmalı;
-
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
-
MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
-
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
-
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
-
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
-
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
-
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyət üzrə mühəndis (İmişli, Kürdəmir, Biləsuvar)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Logistik proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis
Son tarix 14 yan 2022
Əsas tələblər:
-
Ali təhsilli olmalı;
-
Logistika (və ya Planlama) üzrə minimum 2 illik təcrübəyə sahib olmalı;
-
MS Excel proqramını yaxşı səviyyədə bilməli;
-
Logistika və anbar proseslərinin təkmilləşdirilməsi istiqamətində fikirlər irəli sürməyi bacarmalı;
-
Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
Vəzifə təlimatı:
-
Təşkilat tərəfindən həyata keçirilən ay ərzindəki bütün logistik daşımaların miqdarsal, maliyyə, qazanc və xərc analiz raportunun hazırlanaraq rəhbərliyə təqdim edilməsi,
-
Ay ərzindəki logistik/nəqliyyat xidmətinin analiz raportunun hazırlanması və rəhbərliyə təqdim edilməsi
-
Logistik daşımaların, logistik/nəqliyyat xidmətinin aylıq, rüblük və illik müqayisə analiz raportunun hazırlanması və rəhbərliyə təqdim edilməsi
-
Logistik proseslərin yaxşılaşdırıması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmsı və rəhbərliyə təqdim edilməsi
-
Logistik xərclərinin azaldılması, maliyyə göstəricilərinin yaxşılaşdırılması üçün daim yeni təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Əlavə məlumat:
-
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
-
Email-in mövzu hissəsində “Logistik proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.