Kateqoriya mütəxəssisi
Son tarix 05 dek 2021
Vəzifə tələbləri:
-
Ali təhsilli (menecment, iqtisadiyyat, marketinq sahəsində) olmalı;
-
Müvafiq sahədə 1 il iş təcrübəsi olmalı;
-
Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
-
Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
-
Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
-
MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
-
Rus dilini yaxşı səviyyədə bilməli; İngilis dili biliyi arzu olunandır.
İş təsviri:
-
Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
-
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
-
Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
-
Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
-
Endirim kataloqlarının planlanması;
-
Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Help Desk
Son tarix 05 dek 2021
Vəzifə tələbləri:
-
Aidiyyatı sahə üzrə ali təhsil;
-
1-3 il iş təcrübəsi ;
-
Əməliyyat sistemlərini bilməli;
-
Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli
-
CCNA , Microsoft OS sertifikatları arzu olunandır
-
Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
-
Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
-
İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
-
Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
-
Ezamiyyətlərə gedə bilməli.
İş təsviri:
-
Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
-
Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
-
İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
-
Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
-
Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
-
PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
-
Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Help Desk” qeyd etməyiniz xahiş olunur.
Direktor assistenti
Son tarix 03 dek 2021
Namizədə aid tələblər:
-
Ali təhsilli olmalı;
-
Müvafiq sahədə 1-3 il təcrübə;
-
Rus/İngilis dillərini yaxşı səviyyədə bilməli;
-
Ofis proqramlarını bilməli;
-
Ezamiyyətlərə gedə bilməli.
İş haqqında məlumat:
-
Sənədləşmə və yazışma işlərinin həyata keçirilməsi;
-
Toplantı qeydlərinin aparlmasi;
-
Birlikdə işlədiyi rəhbərin gündəlik iş görüşmələri, randevularının tənzimlənməsi;
-
Müxtəlif növ hesabatların hazırlanması.
İş qrafiki: Həftə içi 5 gün.
İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“Direktor assistenti”) qeyd etməklə göndərə bilərlər.