Vakansiya : Hüquqşünas (Subroqasiya işləri üzrə)
Vəzifə tələbləri:
• Ali təhsilli olmalı;
• Hüquq üzrə 1-2 il iş təcrübəsi olmalı;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında məlumat:
- Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Mövcud qanunvericiliyi (sığorta qanunvericiliyini xüsusi olaraq) bilməlidir;
- Şirkəti məhkəmələrdə təmsil etmək.
İş yeri: Azərbaycan Sənaye Sığorta
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
• Email-in mövzu hissəsində “Hüquqşünas (Subroqasiya)” qeyd etməyiniz xahiş olunur.
AZƏRSUN HOLDİNQ
Vəzifə : Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis
Əsas tələblər:
• İqtisadi sahələrdə ali təhsilli olmalı;
• Logistika və daşımaçılıq sahəsində ən azı 3 illik təcrübəyə sahib olmalı;
• MC Office proqram paketini yaxşı səviyyədə bilməli;
• Yaxşı səviyyədə Rus dili biliyi, orta səviyyədə İngilis dili biliyi olmalıdır.
Vəzifə təlimatı:
• Nəqliyyat daşımaları üzrə potensial müştərilərin və şirkətlərin müəyyən edilərək görüşlərin keçirilməsi;
• Təşkilatın daşıma şərtlərinin müştərilərə çatdırılması, daşımalarla bağlı qiymətlərin şirkətlər və müştərilər ilə razılaşdırılması;
• Şirkətlərlə daşıma müqavilələrinin maddələrinin razılaşdırılaraq müqavilələrin bağlanması üçün bağlı olduğu direktorun təstiqinə təqdim edilməsi;
• Təstiq edilmiş müqavilələr üzrə daşımaların həyata keçrilməsinin təmin edilməsi;
• Dəmir yolu baş fraxteri ilə müqavilələrin nəzarətdə saxlanılması və işlərin təşkil edilməsi;
• Xəzər Dəniz Gəmiçiliyi idarəsi ilə müqavilələrin nəzarətdə saxlanılması;
• Bakı beynəlxalq limanı ilə müqavilə şərtləri çərçivəsində işlərin lojistikasının təşkil edilməsi.
Əlavə məlumat:
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
AZƏRSUN HOLDİNQ
Kiber Təhlükəsizlik Eksperti
Namizədə aid tələblər:
• Ali təshsilli olmalı;
• İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
• OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
• Aşağıdakılardan ən azı 2-ni bilməli:
o Hücumların simulyasiyası;
o İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
o NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
• İngilis dili biliyi üstünlükdür;
• CEH, OSCP, LPT, OSCE, OSWE, CİSSP sertifikatlarından birinin olması üstünlükdür;
• Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
• Bank sektorunda təcrübəsi olması üstünlükdür;
• İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
İş haqqında məlumat:
• Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
• Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
• Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
• Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
• Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
• Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına `` Kiber Təhlükəsizlik Eksperti `` başlığı ilə göndərə bilərlər.
Vakansiya: Logistik və İnzibati işlər səlahiyyətlisi
Əsas tələblər:
- Ali təhsili olmalı;
- Logistik və İnzibati işlər sahəsi üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
- Azərbaycan dilini əla, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Microsot office proqram paketini yaxşı səviyyədə bilməlidir.
İş təsviri:
- Qolf sahəsinin tərkibində olan bölmələrin inzibati və logistik işlərinin görülməsi;
- Qolf işlətmə və Qolf Hotelinin satınalma tələblərinin açılması;
- Qolf mağazalarında ehtiyac olan məhsulların sifariş edilməsi və anbara təhvil verilməsi;
- Qolf təmir baxım binasında çalışan işçilərin iş qrafiklərinin tənzimlənməsi;
- Qolf sahəsi üçün ehtiyac olan inzibati və texniki işlərin görülməsi;
- Qolf sahə texnikalarının və müştəri qolf maşınlarının daima saz vəziyyətdə olmasını təmin etmək və ehtiyat parçalarını depolamaq;
- Qolf sahəsinin dərmanlanması və gübrələnməsi üçün ehtiyac olan spesifik məshulların təmin edilməsi.
Əlavə məlumat:
- Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Logistik və İnzibati işlər səlahiyyətlisi” qeyd etməyiniz xahiş olunur.
Sistem İnzibatçısı
Tələblər:
• Microsoft, VMware firmalarının məhsulları haqqında bilik və təcrübəsi olmalı;
• Windows Server (2012/2016/2019) əməliyyat sistemlərində role-service və tool-ları qurulması və inzibatçılığını bacarmalı;
• Active Directory, Group policy, Exchange server 2016/2019 Mail sistemləri ilə iş təcrübəsi olmalı;
• Powershell və digər terminal alətlərdən istifadə bacarığı olmalı;
• Virtualizasiya texnologiyaları ilə təcrübə (əsasən VMware vSphere) olmalı;
• Sistemlərin müşahidə sisteminin qurulması, bildirişlərin emalı və proaktiv tədbirlərin görülməsini bilməli;
• WSUS patch-ların mütəmadi qurulumu ilə bağlı iş təcrubəsi. Patch idarəedilməsi dəqiqliyi və məsuliyyəti olmalı;
• Windows və Linux əməliyyat sistemlərində istifadəçilərin qarşılaşdığı xətaların kök səbəbini araşdırma bacarıqları olmalı;
• Sahə üzrə iş təcrübəsi ən azı 3 il olmalı.
İş haqqında:
• Serverlərdə proqram təminatının qurulması və işlək vəziyyətdə olmasını təmin etmək;
• İstifadəçilərin qeydiyyatı, istifadəçı adının və şifrənin müəyyən edilməsini təmin etmək;
• Server resurslarının istifadəsinə nəzarət etmək;
• Lokal (LAN) və qlobal (WAN) şəbəklərinə çıxışı sağlam şəkildə təmin etmək;
• Məlumatların vaxtaşırı ehtiyatlarının və kopyalarının yaradılmasını temin etmək;
• Server avadanlığının sıradan çıxması və ya nasazlığı olduqda sistemin bərpa edilməsinin təşkil etmək;
• Serverin və serverin əsasında çalışan xidmətlərin monitorinqini edər, infrastrukturun təkmilləşdirilməsi üçün təkliflər hazirlamaq .
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Sistem İnzibatçısı `` başlığı ilə göndərə bilərlər.