Azersun Holding
İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri
Son tarix 26 mar 2026 - Müraciət et
Vəzifə üzrə tələblər:
- Ali təhsil — İnşaat mühəndisliyi, mülki mühəndislik, memarlıq və ya əlaqədar texniki sahə üzrə
- Tikinti layihələrinin layihələndirilməsi və dizayn prosesləri sahəsində minimum 7–10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
- Tikinti norma və qaydalarını (DBN, SNİP və digər normativlər), layihə və smeta sənədlərini dərindən bilmə
- AutoCAD, Revit və digər layihələndirmə proqramları, həmçinin MS Office proqramlarında işləmə bacarığı
- Layihə idarəetməsi, texniki koordinasiya və risklərin idarə olunması üzrə biliklər
- Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dilləri üzrə texniki biliklər arzuolunandır
Vəzifə öhdəlikləri:
- Layihələndirmə və dizayn şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və ümumi nəzarəti həyata keçirmək
- İnşaat layihələrinin memarlıq, konstruktiv, mexaniki və elektrik hissələrinin qarşılıqlı uyğunluğunu və koordinasiyasını təmin etmək
- Layihə sənədlərinin (eskiz, işçi layihə, detal çertyojları) DBN, SNİP və digər normativ tələblərə uyğunluğunu yoxlamaq və təsdiq etmək
- Layihə dəyişikliklərini texniki baxımdan qiymətləndirmək və rəhbərliyə təqdim etmək
- İnşaat, mexaniki, elektrik, smeta, satınalma və planlama şöbələri ilə koordinasiyanı təmin etmək
- Tikinti sahəsindən daxil olan texniki sorğuların vaxtında cavablandırılmasını təşkil etmək
- Podratçı və subpodratçıların təqdim etdiyi texniki sənədləri nəzərdən keçirmək və uyğunluğunu təmin etmək
- Layihələndirmə prosesində texniki riskləri müəyyən etmək və minimallaşdırmaq, dizayn səhvlərindən yaranan gecikmə və əlavə xərclərin qarşısını almaq
- Keyfiyyət standartlarının tətbiqinə nəzarət etmək
- Şöbənin fəaliyyəti üzrə hesabatlar hazırlamaq, layihə sənədlərinin arxivləşdirilməsini və məxfiliyini təmin etmək
Biz nə təklif edirik?
- İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
- İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.












