Azersun Holding
İnsan Resursları üzrə Mütəxəssis
Son tarix 16 yan 2026 - [email protected]
Müəssisə: SUN FOOD MMC
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik. İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı
- Əmək Məcələsini, Əmək qanunvericiliyini və Kadr kargüzarlığını yüksək səviyyədə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
- SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;
- İşgüzar ünsiyyət, analiz etmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;
İş haqqında:
- Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;
- Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
- İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;
- Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;
- İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;
- Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;
- İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;
- Struktur bölmələrindən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş Qrafiki: Həftə içi 5 gün, 08:00-17:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 28132” qeyd etməyiniz xahiş olunur.











