Azersun Holding
Ənənəvi marketinq üzrə mütəxəssis
Son tarix 03 avq 2025 - Müraciət et
Müəssisə: SUN FOOD MMC
Tələblər:
- Marketing və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
 - Ənənəvi marketing (offline) sahəsində minimum 3 il iş təcrübəsi;
 - Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
 - TV\Radio\Outdoor\İndoor marketinq işləri ilə davamlı təcrübəyə sahib;
 - Media terminologiyasını bilən, media data ilə işləmə və analiz etmə bacarığı;
 - Rəqəmsal marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
 - Mükəmməl ünsiyyət, səlis danışmaq, izah etmə bacarıqları;
 - Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;
 - Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
 - Məsuliyyətli, analitik düşünmə bacarığı;
 - Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimetmə bacarığı.
 
İş haqqında məlumat:
- Offline media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etmək və buna uyğun offline media planlama strategiyaları hazırlamaq;
 - Offline media planlayıcı brend menecerlər ilə, online media planlayıcı ilə birlikdə çalışmaq, mütəmadi olaraq fikir mübadilələri aparmaq və marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
 - Hədəf auditoriyanı nəzərə alaraq, media kanallarının potensialını və effektivliyini dəyərləndirmək;
 - Reklam büdcəsini düzgün təyin etmək və bu büdcəyə uyğun olaraq media agentliyinin də dəstəyi ilə media planları hazırlamaq;
 - Reklam kampaniyalarının effektivliyini izləmək, kampaniyanın gedişatında və kampaniyanın sonunda nəticələrin təhlil edilməsi və daha yaxşı nəticələr əldə etmək məqsədilə yeni yanaşmaların təklif edilməsi;
 - Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Rəqiblərin istifadə etdiyi media kanalları və reklam formatları haqqında məlumat toplamaq;
 - Media kampaniyalarının nəticələrini (SOV, PBA və s.) rəhbərlik və müştərilər (brend menecerləri) üçün hesabatlar şəklində təqdim etmək;
 - Müxtəlif analiz alətlərindən istifadə edərək, kampaniyanın performansını (televiziya reklamlarının əldə etdiyi GRP-ləri, açıq hava reklamlarının görünürlük dərəcəsi kimi statistikaları, araşdırma nəticələrini) izləmək.
 
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
 - İstirahət günü: Şənbə və Bazar günü.
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
 - Nahar şirkət tərəfindən təmin edilir.
 
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ənənəvi marketinq üzrə mütəxəssis - Sun Food MMC” qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







