Azersun Holding
İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri
Son tarix 21 iyn 2025 - Müraciət et
Müəssisə: SUN FOOD MMC
Tələblər:   
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
 - FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
 - Analitik təhlil,strateji düşünmə, və ünsiyyət bacarıqları
 - MS office proqram paketini yaxşı səviyyədə bilməli;
 - Fərqli funksiyaları idarə etmək və çoxsaylı maraqlı tərəflərlə işləmə qabiliyyəti
 - Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı
 
Vəzifə Öhdəlikləri
- Marketinq komandasına rəhbərlik etmək və şirkətə bacarıqların, idarəetmə təcrübəsinin və təşəbbüslərin sağlam birləşməsini gətirmək.
 - Marketinq strategiyasını müəyyənləşdirmək və dəstəkləmək, aylıq, rüblük marketinq planın tərtib etmək.
 - Əməkdaşlıq təkliflərinin hazırlanması və partnyor şirkətlərlə əlaqələr qurmaq.
 - Maliyyə resurslarını idarə etmək, cari marketinq üsullarının müəyyən edilməsi və dövri qazanc hədəflərinin həyata keçirmək.
 - Müştərilərə təsir edə biləcək kampaniyaların və tədbirlərin planlaşdırılmasını idarə etmək.
 - Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
 - Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
 - Məhsulun qablaşdırması, reklam, çap materialları, təşviqlərin məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək.
 - Məhsul və marka ilə əlaqədar şirkətin illik kommunikasiya, reklam, media, ictimaiyyətlə əlaqələr hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
 - Bazara çıxarılacaq yeni məhsullara təqdimat planı hazırlamaq, rəhbərliyə təqdim etmək və lazımi digər fəaliyyətləri həyata keçirmək.
 - İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə alışqanlıqları müəyyənləşdirərək yeni məhsul təklifləri vermək.
 - Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib bəyənilməməsini testdən keçirmək.
 - Marka və məhsullarla əlaqədar alınan qərarlarda uyğun hüquqi məsələləri nizamlamaq.
 - Təşviq, taktiki satış və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
 - Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək.
 - Məhsul layihələrinin və fəaliyyətlərinin təsdiq etdirmək üçün rəhbərliyə təqdimatlar hazırlamaq .
 - Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, təşviq fəaliyyətlərini nəzarət etmək.
 
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri (“Sun Food” MMC)” qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







