Azersun Holding
Baytar həkim
Son tarix 30 may 2025 - Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minumum 3 il təcrübəsi olmalı;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında:
- İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin parrillas yolu ilə xəstəliklərdən qorunması;
- Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
- Xəstə heyvanların müalicə edilməsi;
- Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
- Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
- Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
- Heyvanların müayinə və müalicə işini aparır;
- Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
- Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Baytar həkim" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.