Azersun Holding
Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)
Son tarix 18 apr 2025 - Müraciət et
Vəzifə və öhdəli̇kləri:
- Qəhvə maşınlarından istifadə edərək müxtəlif qəhvə növlərinin (espresso, latte, cappuccino, flat white və s.) hazırlanması.
 - Tələblərə uyğun xüsusi qəhvə və içki reseptlərinin yaradılması.
 - İçki sifarişlərini sürətli və düzgün şəkildə hazırlamaq və təqdim etmək.
 - Kofe avadanlıqlarının təmizliyini və texniki xidmətini təmin etmək, gigiyena qaydalarına əməl etmək.
 - İstehlakçıya qəhvə və digər içkilər haqqında məlumat vermək və təkliflər irəli sürmək.
 - Mehriban və gülərüz xidmət göstərmək.
 - Kofe məhsullarının təqdimatı və tanıtımı – Baristalara və müştərilərə yeni kofe növlərini və onların xüsusiyyətlərini izah etmək.
 - Təlimlər keçmək və master-klaslar təşkil etmək, Kofe dəmləmə üsulları, dad profilləri mövzusunda baristalara peşəkar təlimlər keçmək.
 - Müştəri və tərəfdaşlarla iş – Müştərilərə kofeləri təqdim etmək, onların menyularına uyğun ən yaxşı seçimləri təklif etmək.
 - Bazar araşdırması aparmaq - Kofe sənayesində yeni trendləri izləmək, baristaların ehtiyaclarını müəyyənləşdirmək.
 - Kofe keyfiyyətinə nəzarət – İstifadə olunan kofe növlərinin və hazırlanma texnikalarının keyfiyyətini yoxlamaq.
 - Yeni kofe məhsullarının inkişafında iştirak – Brendin məhsul çeşidini artırmaq üçün yeni kofe növləri və qarışıqları sınaqdan keçirmək.
 - Təqdimat və tədbirlərdə iştirak – Kofe ilə bağlı sərgilərdə, müsabiqələrdə və tədbirlərdə təmsil etmək.
 - Ehtiyac duyulduqda baristalara yerində dəstək vermək - Onların suallarına cavab vermək və real iş şəraitində dəstək olmaq.
 
Tələblər:
- Coffeeshop və mətbəxi üzrə ən az 1 il təcrübəyə sahib olmaq
 - Yüksək ünsiyyət bacarığına malik, müştəri yönümlü və komanda ilə işləmək bacarığına sahib olmaq
 - Qəhvənin yetişdirilmə bölgələri, növləri və qovrulma qaydaları üzrə biliklərə sahib olmaq
 - Qəhvə maşınlarının texnikaları, fərqli dəmləmə və təqdimat metodları haqqında biliklər
 - Müxtəlif qəhvə dənələri və dəmləmə üsullarını bilmək.
 - Sürətli və praktik həllər tapa bilən, intensiv iş mühitinə uyğunlaşa bilən olmalı
 - Espresso əsaslı içkilərə diqqət yetirməklə, qəhvə hazırlamaqda təcrübəyə sahib olma.
 - Gigiyena və təmizlik qaydalarına diqqət yetirmək.
 - Dəyişkən iş saatlarına uyğunlaşa bilmək.
 - Problem həll etmə bacarığı və stress altında işləmə bacarığı,
 - Detallara diqqət etmək və keyfiyyətə sadiqlik
 
İş şərtləri:
- Həftə içi 5 gün iş günü (istirahət: Şənbə və Bazar günü)
 
İş yeri:
- Bakı ş., 92A HEYDƏR ƏLİYEV PR.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kofe məhsullarının tanıtımı üzrə mütəxəssis (Barista)” qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







