Azersun Holding
ƏMTT üzrə mütəxəssis (SƏTƏM)
Son tarix 03 mar 2025 - Müraciət et
Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Təhsil : Ali təhsil (texniki sahə üzrə)
 - SƏTƏM üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir (IOSH, ISO 45001)
 - Təcrübə: SƏTƏM sahəsində minimum 2-3 il
 - Dil bilikləri: İngilis dili arzuolunandır
 - Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı
 - Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti
 
İş haqqında məlumat:
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
 - İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
 - Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
 - İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
 - Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi
 - Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması
 - İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi
 - İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi
 - İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi
 
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
 - İş Yeri: Biləsuvar rayonu
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ƏMTT üzrə mütəxəssis (SƏTƏM)" qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







