Azersun Holding
Sosial media mütəxəssisi (Pərakəndə sahəsi)
Son tarix 04 apr 2024 Müraciət et
Vəzifəyə tələblər:
- Ali təhsilli: (Marketinq və iqtisadiyyat yönümlü);
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – əla;
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili- üstünlükdür;
- SMM sahəsində 1 il iş təcrübəsi;
- Təqdimat hazırlama və təqdim etmə bacarığı;
- Sosial media reklamları və analiz alətlərini bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- Yüksək kommunikasiya;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
- Yaradıcı və innovativ yanaşmalara açıq.
Vəzifə öhdəlikləri:
- Şirkət hədəfləri istiqamətində digital marketing strategiyasının inkişaf etdirilməsi;
- Sosial şəbəklər üçün aylıq post planının hazırlanması;
- Mövzuya uyğun olaraq cəlbedici kontentin hazırlanması və sosial media hesablarına yerləşdirilməsi;
- Digital platformalarda hədəf kütlələrinə uyğun reklam modulunun qurulması, təqibi və aylıq hesabatın hazırlanması;
- Rəqiblərin sosial media hesablarının izlənilməsi, analizi;
- Digital yönümlü agentliklərin araşdırılması, briflərin verilməsi, gələn təkliflərin toplanıb dəyərləndirilməsi üçün rəhbərliyə təqdim edilməsi;
- Ehtiyac olarsa sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi;
- Sosial media fenomenlərinin araşdırılması, əməkdaşlığın qurulması, təqibi və hesabatın hazırlanması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Sosial media mütəxəssisi (Pərakəndə sahəsi)" qeyd etməyiniz xahiş olunur.
Kateqoriya üzrə mütəxəssis
Son tarix 04 apr 2024 - Müraciət et
Tələblər:
- Ali təhsilli: (menecment, iqtisadiyyat, marketinq sahəsində)
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzu olunandır;
- Müvafiq sahədə üzrə 1 il iş təcrübəsi;
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olması;
- Təqdimat hazırlama və təqdim etmə bacarığı;
- Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- İntizamlılıq;
- Yüksək kommunikasiya;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək.
Vəzifə öhdəlikləri:
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
- Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
- Endirim kataloqlarının planlanması;
- Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. rEmail-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.