Azersun Holding
Beynəlxalq Logistika üzrə mütəxəssis
Son tarix 28 mar 2024 - Müraciət et
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
- Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
- Microsoft Office proqramları;
- Sahəsində minimum 3 il iş təcrübəsi;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
- Hesabat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
- Xarici idxal/ixrac qanunvericiliyini bilmək;
Vəzifə Öhdəlikləri:
- Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi;
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Beynəlxalq yüklərin daşınmasına nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
- Beynəlxalq bazar araşdırmasını təşkil etmək, təchizatçılarla görüşmək;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə uzunmüddətli əlaqələrin yaradılması;
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
- Görülən işlərin hesabatını hazırlamaq, sığorta və daşınma xərclərinin ödənişə verilməsi və təqibini aparmaq.
İş şəraiti: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq logistika üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.