Azersun Holding
Brend Menecer (Quru Qida Kateqoriyası)
Son tarix 11 okt 2023 - Müraciət et
Tələblər:
- Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, MBA ixsisasları üstünlükdür);
- Azərbaycan FMCG bazarında 2-3 il minimum iş təcrübəsi;
- Marketinq, PR və Trade sahəsində iş təcrübələri arzuolunandır;
- İngilis dili və ya Rus dili biliyi arzu olunandır (hər ikisi üstünlükdür);
- MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
- Komandada işləmə, mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
- Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brief verilməsi və prosesin idarə edilməsi;
- Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
- Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
- Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
- Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
- Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
- Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
- Məsul olduğu kateqori , marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
- Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
- Marketing büdcəsinin kenarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
- Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
- Anbar qalıqlarının izlənilməsi , dövretməsi zəif olan məhsullarla ilgili önləm alınması üçün satış və ticari marketing komandasının məlumatlandırılması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
- Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
- Kateqoriya , marka və kanal strategiyalarının hazırlanması;
- Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatların verilməsi;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi.
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00
- Ünvan: Baş Ofis
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Quru qida Kateqoriyası))” qeyd etməyiniz xahiş olunur.