Vakansiyanın adı: Satış planlama (süd məhsulları) üzrə mütəxəssis.
Namizədə aid tələblər:
• Ali təhsilli olmalı (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• Süd məhsullarının satış planlaması üzrə ən azı 3 illik təcrübəsi olmalı;
• MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında məlumat:
• Satış və Bazar Araşdırması qruplarından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlanını hazırlamaq;
• Plana əsasən məhsulun zamanında istehsala daxil olmasına nəzarət etmək;
• Əldə olan və yeni təmin edilən məhsulun stokda saxlanılaraq doğru şəkildə bölüşdürülməsini həyata keçirtmək;
• İstehsal olunmuş məhsulun stok miqdarını təqib etmək və stok miqdarı azalan məhsulların istehsal planını vermək;
• Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək;
• Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
• Tələb olunan məhsulların sifarişinin keçilib-keçilmədiyini yoxlamaq;
• İstehsalat proqramı daxilində sifariş edilmiş məhsulların istehsal olunmasını yoxlamaq;
• İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalının həyata keçirilməsini tələb etmək;
• Xüsusi kampaniyalar zamanı istehsal olunacaq məhsulların siyahısını hazırlamaq;
• Fabrikə verilmiş plana əsasən istehsal edilməyən məhsulları təqib etmək və səbəbini aydınlaşdırmaq;
• Rəf ömrü qısa olan süd məhsullarının planlamasını məhsul artıqlığı yaratmayacaq şəkildə planlaşdırılması;
• İstehsal,satış,geri qaytarma,gerçəkləşmə və digər lazımi raportları hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (Satış planlama (süd məhsulları) üzrə mütəxəssis) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.