İnsan resursları üzrə icraçı mütəxəssis
Namizədə aid tələblər:
• İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsilli olmalı;
• İnsan Resursları sahəsi üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
• Ezamiyyətlərə gedə bilməli;
• Eyni vaxtda bir neçə işə fokuslana bilməli
• MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını mükəmməl səviyyədə bilməli;
• AR Əmək qanunvericiliyinin bilməli.
İş haqqında məlumat:
• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması;
İş yeri:
Bakı və Sumqayıt şəhərləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnsan resursları üzrə icraçı mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.