Azersun Holding
Sahə rəisi
Son tarix 20 noy 2026 - [email protected]
Vəzifəyə tələblər:
- Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil;
- Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır;
- Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı;
- Kənd təsərrüfatı istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və bacarıqlar;
- Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
- Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
- Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək;
- Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
- Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
- Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək;
- İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək;
- Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək.
İş şəraiti
- İş ünvanı: Qubadlı
- İş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00
- Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi” qeyd etməyiniz xahiş olunur.














