Azersun Holding
Laboratoriya Sahə Rəisi
Son tarix 23 okt 2024 - Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər:
- Biologiya, mikrobiologiya və ya tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
- Molekulyar bioloji və ya mikrobioloji laboratoriya sahəsində rəhbər iş təcrübəsi olanlara üstünlük verilir;
- Laboratoriyada istifadə olunan cihaz və avadanlığın kalibrasiyası və periodik qulluğunu edə bilməli;`
- İngilis və rus dillərini bilməli;
- MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- Xüsusi analiz proqramlarını bilənlərə üstünlük verilir;
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Su, yem və süddən keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
- Bitki və heyvan mənşəli nümunələrdən, bioloji və pataloji materiallardan DNA fraqmentlərinin ayrılması, PCR texnikası vasitəsilə analizlərin aparılması.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün, 09.00-18.00
İş yeri:
- Kürdəmir rayonu;
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına e-mailiin mövzu yerinə "Laboratoriya rəhbəri" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.