Azersun Holding
Satış şöbə müdiri
Son tarix 20 okt 2024 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minumum 5 il təcrübəsi olmalı;
- MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
- Dil biliklərinin olması üstünlükdür;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında məlumat:
- Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
- Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
- Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
- Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
- Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
- Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
- Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
- Cari ayın satış və rəf penetrasiyasının qarşılıqlı araşdırılması, penetrasiyası aşağı olan məhsulların penetrasiya rəqəmlərinin yüksəldilməsi istiqamətində tədbirlər görülməsi.
- Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
- Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll olunması.
- Marketlərdə məhsulların sərgiləmə və penetrasiyasının kontrolu, təsbit edilən çatışmamazlıqlar ilə bağlı dərhal tədbirlər görülməsi.
- Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
- Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
- Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
- Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
- İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
- Bazardakı məhsul hərəkətlərini incələmək, lazımi hallarda tədbirlərin görülməsi üçün rəhbərə müraciət etmək.Satışı zəif olan məhsulların satışını artırmağa yönəlmiş planlar hazırlamaq, əsas məhsulların siyahılaşdırılmasını , satış tempini və hərəkətliliyini təqib etmək.
- Məhsul şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasını təmin etmək.
- Yeni tanıdılan məhsulların satışlarını izləmək və satışı zəif olan məhsullara dəstək olaraq satışını yüksəltmək.
- İadə faizinin aşağı salınması üçün iadəsi yüksək olan məhsulları kateqoriya işçiləri ilə görüşüb tədbirlərin görülməsi
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
- Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:
- Bakı şəhəri Binə qəsəbəsi
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.