Azersun Holding
İş Mükəmməliyyət Şöbə müdiri
Son tarix 16 iyl 2023 - [email protected]
Tələblər:
- Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə edilməsi, Proses Mühəndisliyi (və ya Mühəndislik üzrə digər texniki sahələr) ixtisasları üzrə ali təhsil
- İstehsalatın Təşkili və İdarə edilməsi, Keyfiyyət İdarə edilməsi sahələrində minimal 4 illik iş təcrübəsi
- Microsoft Office (Excel, PowerPoint, Word),Visio, Power BI
- TPM (Total Productive Maintenance)
- Lean Manufacturing, Kaizen, Kobetsu Kaizen və Data Analizi biliyi
- Proseslərin təkmilləşdirilməsi, statistik proses kontrol və erqonomik mövzularda texniki bilik
- 6 Sigma metodu ilə layihə idarə edilməsi təcrübəsi
- World Cass Operations Management metodlarını bilməli
- Problem çözmə metodlarını bilməli
- Təlim vermək bacarığı
İş haqqında məlumat:
- İstehsalat müəssisələrində ən münasib istehsal metodlarının həyata keçirilməsi ilə istehsalat proseslərini təkmilləşdirilmək və israfları azaltmaq
- İşçilərə tədris və təlimlər vermək
- İstehsalat müəssisələrindən gələcək olan datalara əsasən analiz aparmaq və nəticələri araşdırıb hesabat hazırlamaq
- İstehsalat müəssisələrində tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləmək
- Dəyər axış xəritəsini çıxarmaq
- Müəssisə çalışanları ilə bərabər prosesi mükəmməlləşdirmək üçün kaizenlər həyata keçirmək
- Sənədləri, daxili reqlamentləri yoxlamaq, təkmilləşdirmək və standartlaşdırmaq
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: Bölgələr
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İş Mükəmməliyyət Şöbə müdiri" qeyd etməyiniz xahiş olunur.