Azersun Holding
Laboratoriya rəhbəri
Son tarix 12 iyl 2023 - [email protected]
Tələblər:
- Biologiya, mikrobiologiya, və tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi olmalı;
- Molekulyar bioloji və ya mikrobioloji laboratoriya sahəsində rəhbər iş təcrübəsi olanlara üstünlük verilir;
- Laboratoriyada istifadə olunan cihaz və avadanlığın kalibrasiyası və periodik qulluğunu edəbilməli;`
- İngilis və rus dillərini bilməsi üstünlükdür;
- MS Office proqramlarından istifadə edə bilməli;
- Xüsusi analiz programlarını bilənlərə üstünlük verilir;
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Su, yem və süddən keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
- Bitki və heyvan mənşəli nümunələrdən, bioloji və pataloji materiallardan DNA fraqmentlərinin ayrılması, PCR texnikası vasitəsilə analizlərin aparılması.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Laboratoriya rəhbəri" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.