Texniki müayinə mütəxəssisi
Son tarix 23 iyn 2022 - [email protected]
Əsas tələblər:
-
Aşağıdakı sahələr üzrə ali təhsili olmalı,
-
Mexanika
-
Avtomatika
-
Texniki müayinə sahəsində minimum 1 illik təcrübəyə sahib olmalı;
-
AutoCAD proqramından istifadə etməyi bacarmalı;
-
MS Office proqramından istifadə etməyi bacarmalı;
-
Lahiyələrin (texniki şərtlərini, texniki rəsmlərini, P&ID, PFD və s.) texniki parametrlərini oxumağı bacarmalı;
-
Mexaniki elementlərin istismarı və təmiri üçün istifadə kitabçalarını hazırlamağı bacarmalı;
-
Texniki təhlükəsizlik qaydaları haqqında məlumatlara sahib olmalı;
-
İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.
Vəzifə təlimatı:
-
Avadanlıqların texniki cəhətdən düzgün istifadəsinə və tələb olunan səviyyədə saxlanılmasına nəzarət etməli;
-
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etməli;
-
Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmirini təşkil etməli;
-
Avadanlıqların sınaqdan keçirilməsi və yenidən quraşdırılmasında iştirak etməli;
-
Təmir işlərinin zamanında və keyfiyyətlə həyata keçirilməsinə, avadanlığın modernləşdirilməsi işinə texniki nəzarəti təşkil etməli;
-
Avadanlıqların təmirdən sonra test yoxlanışı həyata keçirməli;
-
Təmir işinin keyfiyyəti haqqında məlumatı məsul şəxslərə bildirməli;
-
Avadanlıqların işinin təkmilləşdirilməsi istiqamətində olan təkliflərə rəy verərək, onların tətbiqi üçün müvafiq addımlar atmalı;
-
İstehsalatda istifadə olunan avadanlıqlara texniki baxış həyata keçirtməlidir.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Texniki müayinə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.