Azersun Holding
Brend Menecer
Son tarix 11 iyn 2022 - [email protected]
Tələblər:
- Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
- Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
- MS office proqramlarını bilməli;
- Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
- Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
- FMCG sektorunda təcrübəsi üstünlükdür.
İş haqqında:
- İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
- Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
- Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
- Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
- Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Brend Menecer `` başlığı ilə göndərə bilərlər.