Azersun Holding
Mühasib (Bölgələr)
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1500-2000-3000 manat - 18 VAKANSİYA
Son tarix 17 dek 2021
Namizədə aid tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
- Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
- Vergi məcəlləsini bilməli;
- Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
- 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat:
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
- Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
İş yeri: İmişli, Lənkəran, Zaqatala,Biləsuvar rayonları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını “Mühasib (Bölgələr)” qeyd etməklə göndərə bilərlər ([email protected]).