Laboratoriya İnspektoru (Xaçmaz, Zaqatala)
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 2000 manat - 23 VAKANSİYA
"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçi axtarır - VAKANSİYA
"Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
"Mətanət A" işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər:
• Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
• Laboratoriya sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı;
• Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli;
• Ümumi və analitik kimyanın əsaslarını bilməli;
• Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
• Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
• Araşdırma və analizetmə bacarığı olmalı;
• Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
• Microsoft Office (word, excel) proqramlarından istifadə etməyi bilməlidir.
İş haqqında məlumat:
• Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
• İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
• Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
• Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
• Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
• Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
• Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli;
• Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Laboratoriya İnspektoru (Xaçmaz, Zaqatala)” qeyd olunmalıdır) göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərlər.