AZƏRSUN HOLDİNQ
Planlama üzrə mütəxəssis (İmişli)
Namizədə aid tələblər:
• Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• Minimum 1 illik planlama sahəsi üzrə təcrübəsi olmalı;
• MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə sahib olmalı;
İş haqqında məlumat:
• Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsalın,buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq;
• Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
• Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
• Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək və bağlı olduğu rəhbərə bildirmək;
• İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
• Kənardan alınan məhsulların muddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
• Tələb olunan məhsulların sifarişinin keçilib-keçilmədiyini yoxlamaq;
• İstehsal proqramı daxilində sifariş edilmiş məhsulların istehsal olunmasını yoxlamaq;
• İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsini təmin etmək;
• Xüsusi kompaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Planlama üzrə mütəxəssis ( İmişli)” qeyd olunmalıdır) göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərlər.