Azersun Holding
Mühasib
Son tarix 13 mar 2023 [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- Ezamiyyətə gedə bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Əsas vəsaitlərin qəbul və ləğv edilməsi
- Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi
- İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
- Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək
- Kasa və bank əməliyyatlarının aparılması
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan:
- Bakı, Xırdalan, Xaçmaz, Biləsuvar və İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
İnspektor
Son tarix 13 mar 2023 [email protected]
Tələblər:
- Qida Mühəndisi və ya Kimya mühəndisliyi üzrə ali təhsilli olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili biliyi olmalı, İngilis dili arzu olunandı
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı, Sumqayıt, Kürdəmir, İmişli, Biləsuvar və Xaçmaz şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnspektor qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Qrafik Dizayner
Son tarix 13 mar 2023 [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2-4 illik iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator, Corel Draw proqramlarında işləməyi bacarmalı;
- Daim yenilənən dizayn trendlərini izləməli və cari trendləri gündəlik işlərdə tətbiq edə bilməli;
- Reklam materiallarını yaxından tanımalı;
- İngilis və rus dili biliyi arzuolunandır;
- Komanda ilə çalışma qabiliyyəti olmalı;
- Mətbəə və reklam istehsalatı şirkətlərində iş təcrübəsi olması üstünlükdür.
İş haqqında:
- Jurnal və müxtəlif dizayn işlərinin hazırlanması;
- Məhsul, Reklam ve Kampaniya Brieflerinə görə dizaynların hazırlanması;
- Dizaynların müxtəlif proqramlara çevrilməsi, satış-məhsul kataloqlarına məlumatların yerləşdirilməsi;
- Endirim broşürü ilə bağlı mağazaların daxilində və xaricində (yazılı və video materiallar) reklamların hazırlanılması, montajının təşkili və ona nəzarət edilməsi;
- Sosial media hesabları üçün postların hazırlanması;
- Reklam şirkətləri və mətbəələr ilə əməkdaşlıq;
- Etiketlərin çap edilməsini, maketlərinin hazırlanmasını və dizayn yeniliklərinin təqibi;
- Satış ve məhsul kataloq dizaynlarının konseptlərinin hazırlanması;
- Hazırlanan yeni məhsul konseptlərinin və məhsul strategiyası planlarının tətbiq edilməsi.
İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
İş yeri: Bakı şəh., Binəqədi ray.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatçı (Receptionist)
Son tarix 13 mar 2023 [email protected]
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 1-2 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
- Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
- Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
- Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
- Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
- Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
- Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
- Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
- Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
- Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
- Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
- Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
İş şərtləri: İş qrafiki: həftə içi 6 gün
İş yeri: Dreamland Golf Hotel Baku.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepsionist)” qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib
Son tarix 13 mar 2023 [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan:
- Bakı, Xırdalan, Xaçmaz və İmişli şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
Logistika planlama üzrə mütəxəssis
Son tarix 06 mar 2023 [email protected]
Tələblər:
- Logistika, iqtisadiyyat, planlama və yaxın sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Logistika sistemini yaxşı tanımalı;
- Anbarlama, nəqliyyat və daşıma fəaliyyətlərini bilməli;
- Tədarük zənciri proseslərini yaxşı tanımalı;
- Yerli və xarici tədarükçüləri tanımalı;
- Planlama və performans qiymətləndirmə və ölçmə prinsiplərini bilməli.
Vəzifə izahatı:
- Şirkət strategiyası və fəaliyyətlərinə uyğun logistika xidmətlərini planlamaq;
- Müştərilərdən gələn sifarişləri qəbul etmək, qeydiyyatını aparmaq, sifarişləri aidiyyatı bölümlərə bildirərək lazım olan koordinasiyanı təmin etmək;
- Gələn sifarişin ən doğru formada planlanması üçün ERP vasitəsi ilə gərəkli olan hesablamaları həyata keçirmək;
- Stok nəzarətini icra etmək və varsa əskiklərin aradan qaldırılmasını təmin etmək;
- Gələn sifariş miqdarına görə zaman və resurs planlamasını həyata keçirmək;
- Sifarişin durumuna nəzarət etmək və buna bağlı çatdırılma işlərinin müştərinin istəyi istiqamətində icra edilib edilmədiyini yoxlamaq;
- Sifariş prosesində aidiyyatı bütün bölümlərin performanslarını yoxlamaq və buna bağlı məlumatlandırmaları etmək;
- Doğru KPİ -lar paketi hazırlayaraq rəhbərliyə təqdim etmək, həmçinin performans qiymətləndirmə nəticələrini izləmək;
- Dövri anbar sayımlarını planlamaq və sayım proseslərinin aparılması üçün müraciət etmək;
- Sayımların şirkət tərəfindən müəyyən olunan düzgünlük qaydalarına uyğun olmasını izləmək;
- Anbar proseslərinin müəyyən olunmuş planlara uyğun olmasını izləmək;
- Geri qaytarma və məhv etmə (iadə -imha) proseslərini izləmək;
- İşçi, anbar və avadanlıqların illik texniki xidmət planını hazırlamaq;
- Çatdırılma və anbar maliyyə xərclərini planlamaq;
- Anbar funksiyalarının daha sürətli və təhlükəsiz icrası üçün rəhbərliyə təkliflər vermək.
İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
İş yeri: Bakı şəh., Binəqədi ray., Dərnəgül qəs. 108.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin “Logistika Planlama üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Brend meneceri
Son tarix 06 mar 2023 [email protected]
Tələblər:
- Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahədə sahədə Ali təhsil
- Ən azı 2 il Marketinq sahəsində olmaqla, Satış, Ticarət və Marketinq sahəsində 6 il iş təcrübəsi;
- Brendin fərqli marketlərə integrasiyasının təmin olunması sahəsində təcrübə;
- Markanın başladılması (Brand Launch), məlumatlılığının yaradılması (Brand Awareness) haqqında təcrübələr arzuolunandır;
- SMM fəaliyyəti və bazar araşdırması praktikası arzuolunandır;
- MS Office bacarıqları (Xüsusilə Excel və Power Point);
- Analitik düşüncə qabiliyyəti.
Vəzifə Öhdəlikləri:
- İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
- Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
- Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
- Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
- Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
İş şəraiti: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı (Baş ofis)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend meneceri” qeyd etməyiniz xahiş olunur.
Satış üzrə Bölmə rəisi (Bölgə)
Son tarix 06 mar 2023 [email protected]
Tələblər:
- İqtisadiyyat sahələrində ali təhsilli olmalı
- Qida və ya Qeyri qida satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
- İngilis və rus dillərini bilməli
- MS Office, SAP proqram bilgiləri olmalı
- B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
- Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist danışma bacarığı olmalıdır
- Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
- Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
- Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
- Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
- Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
- Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
- Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
- Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
- Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
- Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
- Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.
- Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
- Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
- Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
- Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
- Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
- Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
- İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
- İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
- Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
Lənkəran (Lənkəran, Masallı, Cəlilabad rayonlarında yaşayan namizədlər)
Biləsuvar (Cəliləbad, Biləsuvar, Salyan rayonlarında yaşayan namizədlər)
Bərdə (Bərdə, Yevlax rayonlarında yaşayan namizədlər)
Kürdəmir (Kürdəmir, Göyçay, İsmayıllı rayonlarında yaşayan namizədlər)
Gəncə (Gəncə, Yevlax, Mingəçevir şəhərlərində yaşayan namizədlər)
Şəmkir (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)
Tovuz (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)
Şəki (Şəki, Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər)
Xaçmaz (Xaçmaz, Quba rayonlarında yaşayan namizədlər)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.