Azersun Holding
İstehsal planlaması üzrə mütəxəssis
Son tarix 23 fev 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Minimum 1 illik planlama üzrə təcrübəsi olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə malik olmalı;
- İstehsal büdcəsinin nəzarət edilməsini və qarşılaşdırma qaydasını bilməli.
İş haqqında məlumat:
- İstehsal büdcəsinin reallaşması haqqında çeşidlərə görə qarşılaşdırma hesabatının hazırlanaraq təqdim edilməsi;
- İstehsal büdcəsinə əsasən köməkçi materiallarının aylıq/illik sərf büdcəsinin hazırlanması və hesabat verilməsi;
- Köməkçi materialların aylıq/illik istehsala sərf və itki miqdarları haqqında hesabatların hazırlanması və analiz edilməsi;
- Qəbul olunmuş istehsal proqramına əsasən mövcud texnoloji şərtlərin tələblərini diqqətə alaraq hər bir sahə üzrə günlük növbələrə görə istehsalın planlaşdırılması.
İş şərtləri:
- İş qrafiki: həftə içi 5 gün
- Nahar və Servis şirkət tərəfindən təmin edilir.
İş yeri: Xırdalan Karton Fabriki
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsal planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 23 fev 2023 - [email protected]
Ümumi məlumatlar:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi;
- Qida mühəndisi;
- Mexanika mühəndisi.
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri: Bakı
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (İmişli)
Son tarix 23 fev 2023 - [email protected]
Tələblər:
- Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
- Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
- Yağ emalı sənayesini, yağların xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini raşdıraraq, gərəkli tədbirlərin alınmalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
- Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək
- İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək.
- Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
- Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
- İstehsalat hesabatlarının hazırlanması.
İş Şərtləri: Həftə içi 5 gün
İş yeri: İmişli - AŞİB
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İstehsal planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.