Azersun Holding
Texniki Mühəndis (İmişli)
Son tarix 06 fev 2023 - [email protected]
Ümumi tələblər:
- Texniki universitet məzunu (Mexanika, Qida mühəndisi, Maşın mühəndisliyi ixtisasları)
- İstehsalat sahəsində (texniki sahədə) 3-5 il iş təcrübəsi
- İngilis dili, Rus dili yüksək səviyyədə bilməli
- Texnoloji proseslərin aparılması qaydasını bilməli
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
İş haqqında məlumat:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
- Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş şərtləri:
- 9 saatlıq iş rejimi
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş yeri: İmişli r.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Texniki mühəndis - İmişli” qeyd edərək göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçərək müraciət edə bilərlər.
IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis
Son tarix 06 fev 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə təcrübəsi olması üstünlükdür;
- IT avadanlıqlarından anlayışlı olmalı;
- Dəqiq və məsuliyyətli olmalı;
- Təqib və ünsiyyət bacarıqları olmalı.
İş haqqında məlumat:
- IT anbarında malların qəbulu, saxlanması, hazırlanması, təslim edilməsi və siyahıya almasıyla bağlı bütün fəaliyyətlərin tam və koordinasiyalı şəkildə idarə edilməsi;
- Şirkət üçün alınan IT cihazlarının tələbinin açılması, gələn malların sənəd və fiziki uyğunluğunu kontrolu;
- İstifadə edilən avadanlıqların uyğun şöbələrə xərclərin göndərilməsi;
- Gündəlik anbar hərəkətlərinə mütamadi olaraq nəzarət edilməsi, faktiki və sistem üzərindən məhsulların anbar giriş çıxışlarının həyata keçirilməsinin təmin edilməsi;
- Anbar ehtiyatını sağlam şəkildə izləyərək, ehtiyac olan avadanlıqların IT rəhbərliyinin tələbləri əsasında satınalma tələblərinin açılması və təqib edilməsi;
- Yeni IT avadanlıqları üçün inventar nömrəsinin tələbi açılması və təqibi;
- İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi;
- Şirkətdə şöbələr arasında İT cihazlarının yer dəyişməsi zaman müvafiq sənədləşmə işlərinin təqibi;
- Xidmət aldığımız kənar şirkətlərdən aylıq təqdim edilən hesab-fakturaları kontrol etməli və ödənişin həyata keçirilməsi üçün mühasibata göndərilməsi;
- Şirkət xaricindəki qurumlarla olan müqavilərləri arxivləşdirilməsini icra edilməsi;
- IT anbarının daim aktual halda tutulması;
- Avadanlıqların ehtiyatı bitmədən sifarişini açılması;
- İşdən ayrılan işçilərin IT cıhazlarını mütləq təslim alınması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “ IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Satış üzrə bölmə rəisi
Son tarix 06 fev 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə rəhbər vəzifədə 3-5 il iş təcrübəsi olmalı;
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Analitik düşünmə və idarəçilik qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat:
- Ərazi daxilində müvafiq məhsulların satışını təşkil etmək və nəzarətini həyata keçirməli;
- Tabeçiliyində olan işçilərin iş planını və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarına nəzarət etməli;
- Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatmaq üçün həvəsləndirmələr etməli;
- Müştəri üzrə aylara görə müqayisəli satış məlumatlarını analiz etməli;
- Satış təmsilçilərinin ziyarət etməli;
- Satış uğuru faizlərini həftəlik olaraq nəzarət etməli;
- İllik satış büdcəsini hazırlanmasında iştirak etməli;
- Satış nöqtələri və istehlakçılar ilə görüşmələr etməli;
- Məhsulların keyfiyyəti haqqında müştərilərə məlumat verməli;
- Məhsulların satış nöqtələrinə çatdırılmasına nəzarət etməlidir.
İş şərtləri: İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı, Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com müvafiq vakansiya üzrə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış üzrə bölmə rəisi” qeyd etməyiniz xahiş olunur.
Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran)
Son tarix 06 fev 2023 -
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran şəhərləri
Direktor köməkçisi (Al Marketlər)
Son tarix 06 fev 2023
Tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə 1-3 il təcrübə;
- Rus/İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Ofis proqramlarını bilməli;
İş haqqında məlumat:
- Sənədləşmə və yazışma işlərinin həyata keçirilməsi;
- Toplantı qeydlərinin aparlmasi;
- Birlikdə işlədiyi rəhbərin gündəlik iş görüşmələri, randevularının tənzimlənməsi;
- Müxtəlif növ hesabatların hazırlanması.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı və Sumqayıt şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com müvafiq vakansiya üzrə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər-Direktor köməkçisi "qeyd etməyiniz xahiş olunur.
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis (Al Marketlər)
Son tarix 06 fev 2023
Tələblər:
- Ali və ya orta peşə təhsilli olmalı;
- Dil bilikləri: Rus, İngilis (arzuolunan), Türk (arzuolunan)
- Sürücülük vəsiqəsi - B kateqoriya
- Sənədləşmə və yazışma işlərini bacarmalı;
- MS Office proqramlarını orta səviyyədə bilməli;
- Araşdırma qabiliyyəti yüksək olmalı;
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat:
- Standartlara uyğun mağaza obyektlərinin tapılması;
- Mövcud və açılacaq mağazaların dövlət orqanları ilə müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi;
- Müxtəlif növ qəbzlərin ödənilməsini və nəzarətini təmin etmək;
- Müxtəlif növ vergilərin ödənilməsinə nəzarət etmək;
- Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
İş yeri: Bakı və Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər - Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Housekeeping supervisor
Son tarix 06 fev 2023
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Aidiyyatı sahədə minimum 3 il təcrübəsi olmalı;
- Gigiyena haqqında məlumatlı olmalı;
- Liderlik bacarıqları olmalı;
- Ünsiyyət bacarıqları yaxşı olmalı.
İş haqqında məlumat:
- Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
- Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
- Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək;
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək;
- İşçi personalının təhlükəsizliyini təmin etmək;
- Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
- Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
- Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
- Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək;
- Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək
İş Yeri: Dreamland (Bakı şəhəri).
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Housekeeping supervisor” qeyd etməyiniz xahiş olunur.
Sətəm üzrə kiçik mütəxəssis (Al Marketlər)
Son tarix 06 fev 2023
Tələblər:
- Ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 1 il təcrübə;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır.
- B kateqoriyası sürücülük vəsiqəsi.
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- Satış sahəsində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- Satış sahəsində sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- Satış sahəsində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş şərtləri: Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Bakı şəh.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com müvafiq vakansiya üzrə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər-Sətəm üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
IT Texniki dəstək departamentində aparıcı mütəxəssis
Son tarix 06 fev 2023
Tələblər:
- Ali təhsilli olmalı
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli
- Server əməliyyat sistemlərindən anlayışı olmalı
- MS SQL serverdən istifadə etməyi bacarmalı
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi)
- Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli
- İAMAS sistemindən anlayışlı olmalı
- Ezamiyyətə gedə bilməli
İş haqqında məlumat:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesinin həyata keçirilməsi
- IT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi
- PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi
- Şirkətdaxili proqramların inteqrasiyasına nəzarət etməli və həyata keçirməsi
İş Qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “IT Texniki dəstək departamentində aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.