Avtomatika mütəxəssisi
Namizədə aid tələblər:
• Ali təhsilli olmalı ;
• Avtomatika sahəsində minimum 2-3 il iş təcrübəsi olmalı;
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalıdır.
İş haqqında məlumat:
• Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
• Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
• Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
• Həssas ölçü cihazlarının nizamlanması;
• Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
• Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali;
• Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına başlıq hissəsində “Avtomatika mütəxəssisi” qeyd edərək göndərə bilərlər.
Vəzifə : Baş Baytar
Əsas tələblər:
• Baytarlıq sahəsi üzrə ali təhsil olmalı;
• Sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır.
Vəzifə təlimatı:
• İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
• Xəstə heyvanların müalicə edilməsi;
• Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
İş yeri: Kürdəmir rayonu.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş baytar” qeyd etməyiniz xahiş olunur.
“Dizayner”
Namizədə aid tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi olmalı;
- Adobe Photoshop, Adobe Illustrator, Corel Draw, Adobe In-Design proqramlarını yüksək səviyyədə bilməli;
- Komanda ilə işləmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
- Jurnal və müxtəlif dizayn işlərinin hazırlanması;
- Foto sessiyaların heyata keçirilmesi ve dizayn kompoziyasına uyğunlaşdırılması;
- Məhsul, Reklam ve Kampaniya Brieflerinə görə dizaynların hazırlanması;
- Dizaynların müxtəlif proqramlara çevrilməsi, satış-məhsul kataloqlarına məlumatların yerləşdirilməsi;
- Sosial media hesabları üçün postların hazırlanması;
- Reklam şirkətləri və mətbəələr ilə əməkdaşlıq.
- Etiketlərin çap edilməsini, maketlərinin hazırlanmasını və dizayn yeniliklərinin təqibi;
- Satış ve məhsul kataloq dizaynlarının konseptlərinin hazırlanması;
- Hazırlanan yeni məhsul konseptlərinin və məhsul strategiyası planlarının tətbiq edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına başlıq hissəsində “Dizayner” qeyd edərək göndərə bilərlər.
Vəzifə : Sağımxana cavabdehi
Əsas tələblər:
• Avtomatika və elektronika üzrə ali təhsil
• Müvafiq sahə üzrə 3-5 il təcrübə
• Sağımxana avadanlıqlarını (afimlik sistemini) mükəmməl bilməli
• Fermalarda quraşdırılan ventilyasiya sistemini bilməli
• Sağımxana aparatlarının iş prinsiplərini bilməli.
Vəzifə təlimatı:
• Afimilk sağımxana sisteminə aid olan bütün qurğu və avadanlıqlarına nəzarət etmək
• Südün plana uyğun sağılması, depolanması və logistikasına nəzarət etmək
• Havalandırma, soyutma və s. sistemlərə nəzarət etmək
• Müəssisədəki qurğu və avadanlıqların təmir planını həyata keçirtmək
• Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.
İş yeri: Kürdəmir rayonu.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Sağımxana cavabdehi” qeyd etməyiniz xahiş olunur.
Vəzifə : Suvarma Mühəndisi (Kürdəmir və Biləsuvar)
Əsas tələblər:
-Kənd təsərrüfatı sahəsi üzrə ali təhsil;
-Aidiyyatı sahə üzrə 1-3 il iş təcrübəsi;
-Pivot qurğusunun texniki xarakteristikası və onunla işləmə qaydalarını bilməli;
-Pivot qurğusunun nasazlıqlarının hansı hissədən olduğunu təsbit etməyi bilməli;
-Pivot qurğusunun kompyuter proqramından istifadə etməyi bilməli;
-Sahədə əkilən məhsulun xüsusiyyətlərini bilməli;
-Suvarma qaydalarını bilməli.
Vəzifə təlimatı:
1. Müxtəlif pivot sistemlərinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirməli, suvarma borularının xüsusiyyətlərini bilməli və onları təyinatlarına əsasən istifadə etməyi təmin etməli;
2. Müəssisənin suvarma qurğularının texniki inkişafına, istehsalat bazasının perspektiv planlaşdırılmasına rəhbərlik etməli;
3. Hərəkətdə olan pivot suvarma qurğularında və vasitələrində mütəmadi olaraq yoxlanış və təmir planı əsasında suvarma sistemlərinin yoxlanılması işini həyata keçirməli, nasazlıqların səbəblərini araşdırılmasında, aradan qaldırılmasında və bu halların azaldılmasına yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak etməli;
4. Kompüter proqramı əsasında idarə olunan sistemlərin işinə, suvarma siqnalı kontrollerlərinə, vaxt ölçən və klapanlara (ventil) nəzarət etməli (uzaqda idarə olunan sistem də daxil);
5. Pivot sistemləri ilə bağlı tələblərin araşdırılmalı, tələblərə və şəraitə görə optimal texniki həll yolunun seçilməsini təmin etməli;
6. Normativlərə uyğun olaraq pivotların texniki xidmətə ciddi surətdə qoyulma cədvəlini tərtib etməli; mütəmadi olaraq, yoxlanışı və təmir planı əsasında suvarma sisteminin yoxlanılması işini həyata keçirək, nasazlıqları aradan qaldırmalı;
7. İstehsalatın iş planlarının işlənib hazırlanmasını, suvarma sistenmlərinin, sistem növlərinin və əvəz hissələrinin yerləşməsi ilə əlaqədar qeydlərin aparılmasını, onların yerinə yetirilməsi üzərində nəzarəti təmin etməli;
8. Hərəkətdə olan suvarma vasitələrinin texniki xidmətinə və təmirinə çəkilən əməyin və vəsait sərflərinin sistematik təhlilini aparmalı, məsrəflərin aşağı salınması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirməli;
9. Texniki xidmət və təmir zamanı pivot boruları və elektrik naqilləri, xammal və digər materialların normadan artıq sərfinin səbəblərini, həmçinin pivotların normadan aşağı istifadə səbəblərini təhlil etməli və onların aradan qaldırılmasına dair tədbirlərin işlənib hazırlanmasına və planların tərtibinə rəhbərlik eməlidir.
İş yeri: Kürdəmir və Biləsuvar rayonu.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Suvarma Mühəndisi (Kürdəmir və Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
Vəzifə : Baş Elektrik
Əsas tələblər:
- Elektrik və Elektroenergetika üzrə ali təhsil
- Müvafiq sahə üzrə 3-5 il təcrübə
- Yüksək gərginlikdə işləmə bacarığı
- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
Vəzifə təlimatı:
- Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək
- Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək
- Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.
İş yeri: Biləsuvar rayonu.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Elektrik” qeyd etməyiniz xahiş olunur.