Al Market Qaradag Deposu-Fəhlə
Ümumi məlumatlar
Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı,
- Məsuliyyətli və diqqətli olmalı
İş haqqında məlumat
Karton qutuları səliqəli formada bağlamaq,
- Qutulara yığılan mallar yoxlanıldıqdan sonra qutuları streç dəzgahına düzmək,
- Bağlanan qutuları paletlərə (yük daşıma maşınına) yerləşdirmək,
- Paletləri saxlama anbarında səliqəli bir şəkildə yerləşdirmək,
-İstehsalatda gigiyena qaydalarına riayət etmək
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. • Email-in mövzu hissəsində “Fəhlə” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri Həftədə 1 gün istirahət
İş yeri Qaradağ ray.
Qəbul ediləcək işçi sayı 20
Son müraciət tarixi - 30.06.2022
Web ünvanı www.hr.azersun.com
Biləsuvar mağaza vakansiyaları
Ümumi məlumatlar
Bazarstore Mağazalar şəbəkəsində karyerasını qurmaq istəyən namizədlər aşağıdakı vakansiyalar üzrə qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İş haqqında məlumat
- Satıcı (orta şöbə)
- Satıcı (un məmulatları)
- Satıcı (meyvə-tərəvəz)
- Satıcı (soyuq qidalar)
- Kassir;
- Səbətçi;
- Qəssab;
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri
Biləsuvar şəh. Heydər Əliyev küçəsi 53. 1№li məktəbin yanı, Biləsuvar şəhər icra hakimiyyətinin yanı.
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 30.06.2022
Web ünvanı www.azersun.com
Avtomatika üzrə aparıcı mütəxəssis
Ümumi məlumatlar
• Ali təhsilli olmalı ;
• Avtomatika sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalidır
İş haqqında məlumat
• Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
• Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
• Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
• Həssas ölçü cihazlarının nizamlanması;
• Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
• Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali:
• Avtomatik idarə etmə sistemində və sahə cihazlarinda nasazlıq müəyyən edildikdə təmirini həyata keçirmək, işini təmin etmək.
• Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Avtomatika üzrə aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Növbəli
İş yeri Sumqayıt
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 01.07.2022
Web ünvanı hr.azersun.com
Əsas vəsaitləri üzrə kiçik mütəxəssis
Ümumi məlumatlar
-Ali təhsilli olmalı;
-Microsoft Office proqramlarından anlayışlı olmalı;
-İlkin mühasibatlıq uçotu biliklərinə sahib olmalı;
-Barkodlama əməliyyatlarını edə bilməli;
-Diqqətli olmalı;
-Yaranmış problemləri təkbaşına həll edə bilməli.
İş haqqında məlumat
-İnventarların uçotu və amortizasiyasının təqibi;
-İnventarların yerdəyişməsi prosesinin təşkili ;
-İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi ;
-Edilən işlərlə bağlı hesabatların verilməsi.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Biləsuvar
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 30.06.2022
Web ünvanı www.azersun.com
Brend Menecer
Ümumi məlumatlar
• Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
• Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
• MS office proqramlarını bilməli;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
• Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
• FMCG sektorunda təcrübəsi üstünlükdür.
İş haqqında məlumat
• İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
• Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
• Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
• Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
• Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri
Heydər Əliyev pr, 92a
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 30.06.2022
Web ünvanı www.azersun.com
Mühasib (Gədəbəy)
Ümumi məlumatlar
• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Gədəbəy
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 30.06.2022
Web ünvanı www.azersun.com
Hüquqşünas (İmişli)
Ümumi məlumatlar
• Ali hüquqi təhsil;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında məlumat
• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
• Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
• Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
• Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
• Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri İmişli
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi 30.06.2022
Web ünvanı www.azersun.com
Al Market Dərnəgül Deposu-Fəhlə
Ümumi məlumatlar
Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı,
- Məsuliyyətli və diqqətli olmalı
İş haqqında məlumat
Karton qutuları səliqəli formada bağlamaq,
- Qutulara yığılan mallar yoxlanıldıqdan sonra qutuları streç dəzgahına düzmək,
- Bağlanan qutuları paletlərə (yük daşıma maşınına) yerləşdirmək,
- Paletləri saxlama anbarında səliqəli bir şəkildə yerləşdirmək,
-İstehsalatda gigiyena qaydalarına riayət etmək
İş şərtləri
Həftədə 1 gün istirahət
İş yeri
Bakı şəhəri
Qəbul ediləcək işçi sayı 10
Son müraciət tarixi 25.06.2022
Web ünvanı www.hr.azersun.com
Əmtəə standartları üzrə kiçik mütəxəssis
Ümumi məlumatlar
•Ali Təhsil ( Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi)
• İngilis dili biliyi olmalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
• Standartlaşdırma və sertifikasiya işlərini bilməli ;
• Analitik düşünmə bacarığı olmalı ;
İş haqqında məlumat
Müəssisədə İSO və digər beynəlxalq standartlaşdırma sistemlərinin tələb etdiyi sənədləşdirmənin həyata keçirilməsi
Tələb olunan sənədlərin hazırlanması və lazımi hesabatlar, normativ sənədlərin hazırlanması;
Struktur bölmələri və fərdi icraçılar tərəfindən imzalı və təsdiq edilmiş sənədlərin müəssisə rəhbərinə vaxtında çatdırılması və onların duzgün tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
Dövri hesabatların hazırlanması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Əmtəə standartları üzrə kiçik mütəxəssis)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
İş şərtləri
5 gün,09:00-18:00
İş yeri Bakı və Sumqayıt
Qəbul ediləcək işçi sayı 2
Son müraciət tarixi 25.06.2022
Web ünvanı hr.azersun.com
AL Market - Satıcı-kassir
Ümumi məlumatlar
AL Marketlər şəbəkəsində karyerasını qurmaq istəyən namizədlərin nəzərinə!
İş haqqında məlumat
Vakansiyalar: - Satıcı-kassir
İş şərtləri
Iş qrafiki növbəlidir. Həftədə bir gün istirahət
İş yeri Bakı və Bölgələr
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 06.07.2022
Web ünvanı http://azersunhr.com
Process Development Specialist
Ümumi məlumatlar
• Graduated from engineering departments of reputable universities (preferably industrial, management or mathematics),
• Advanced level of English,
• Advanced level of MS Office applications,
• Experience on ERP systems,
• Experience on project management methodologies,
• Experience on managing cross functional complex business process and IT projects,
• Knowledge on process development tools,
• Minimum 3 years of experience on project management,
• Soft skills such as strategic thinking, time management, effective communication, solution oriented mindset, decision making, ability to convince are highly requested.
İş haqqında məlumat
• Opening and managing projects due to the results of business process analyses and top management requests
• Completing projects on time and delivering high quality results,
• Following up project budgets,
• Composing project follow up documentation standards,
• Reporting project status,
• Leading project teams,
• Ensuring that the tasks are completed on time,
• Controlling business analyses outputs related with IT requirements,
• Ensuring that the project results are applied accordingly by business owners.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri Heydər Əliyev pr, 92a
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi - 30.06.2022
Web ünvanı - www.azersun.com
AL Marketlər- İnventarizasiya üzrə köməkçi
Ümumi məlumatlar
• Ali təhsilli olması arzuolunandır;
• Müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli,
İş haqqında məlumat
•İnventarizasiya nəzarətçisinin mağaza sayımı ilə bağlı verdiyi tapşırıqları yerinə yetirmək:
•Sayımı olacaq mağazanın sayımdan qabaq fiziki yoxlanılması ,mağazanın sayıma hazırlanmasının təşkil edilməsi:
•Sayımda iştirak edən işçilərin vaxtında sayım olacaq mağazaya cəlb edilməsi:
•Sayımı olacaq məhsulların doğru sayda sistemə işlənilməsi:
•Sayımda fərq verən məhsulları kontrol etmək ,düzəlişlərin sistemə doğru girilməsini təmin etmək:
•Sayım aktlarının tərtib edilməsi.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün
İş yeri Bakı şəhəri
Qəbul ediləcək işçi sayı 4
Son müraciət tarixi - 19.06.2022
Web ünvanı - www.hr.azersun.com
Auditor (Maliyyə-mühasibatlıq üzrə)
Ümumi məlumatlar
- Ali təhsilli (Mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə) olmalı;
- Mühasibatlıq və ya audit sahəsi üzrə minimum 3 il təcrübəsi olmalı;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli;
- Vergi Məcəlləsinin tətbiq edilməsində təcrübəsinin olmalı;
- Audit standartlarını bilməli;
- Audit yoxlamaları sonrası hesabat hazırlanması qaydalarının bilməli ;
- Stress altında çalışa bilməli;
- Bölgələrə ezamiyyətə gedə bilməli.
İş haqqında məlumat
- Dövri olaraq iş yerlərinin maliyyə və mühasibatlıq auditlərini həyata keçirmək;
- Aparılan auditlərin hesabatlarının hazırlanması.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri
Heydər Əliyev pr, 92a
Qəbul ediləcək işçi sayı - 1
Son müraciət tarixi - 30.06.2022
Web ünvanı - www.azersun.com
Nəzarətçi xanım
Ümumi məlumatlar
20-30 yaş aralığında namizədlər;
- Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı;
- Boy kriteriyası:
- Xanımlar 165 sm-dən yuxarı olmalı;
İş haqqında məlumat
Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək;
- Rəsmi porsedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək;
- Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
- Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq;
- Tabe olduğu rəhbərlər tərəfindən verilən qanuni təlimat və göstərişləri yerinə yetirmək:
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri
Nəsimi rayonu,Nizami rayonu,Nərimanov rayonu,Səbail rayonu,Xətai rayonu,Binəqədi rayonu,Yasamal rayonu,Masazır qəsəbəsi,Xırdalan şəhəri,Hövsan qəsəbəs
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 20.06.2022
Web ünvanı www.azersun.com
Satış təmsilçisi (Ağstafa, Bərdə, Ağdaş, İsmayıllı, Sabirabad,Şamaxı, Kürdəmir)
Ümumi məlumatlar
Ali təhsilli olmalı (idarə etmə, iqtisadiyyat, biznes, martketing sahələrinə üstünlük verilir);
Yaş aralığı 22-35;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Hərbi bileti olmalı;
Aktiv, ünsiyyətcil, dünyagörüşü çox olmalı;
Rus və ingilis dili bilənlərə üstünlük verilir.
İş haqqında məlumat
Satış hədəflərinin yerinə yetirilməsi;
Məsul olduğu ərazilərə satışın həyata keçirilməsi;
Müştərilərdən sifarişlərin qəbul edilməsi;
Yerli bazarı araşdırmaq;
Müştərilərlə sənədləşmə işinin təşkili;
Şirkətin məhsul və kompaniyaları haqqında müştəriləri məlumatlandırmaq;
Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
İş şərtləri
Həftə içi 5 gün
İş yeri Ağstafa, Bərdə, Ağdaş, İsmayıllı, Sabirabad,Şamaxı, Kürdəmir
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi 25.06.2022
Web ünvanı www.hr.azersun.com