Azərsilah Müdafiə Sənayesi Holdinqi
Maliyyə hesabatlığı və Mühasibatlıq Departamentinin direktoru
Son tarix 25 noy 2024 -
ƏMƏK FUNKSİYASI:
- Aylıq, rüblük və illik hesabatların MHBS-ə müvafiq dəqiq və tam şəkildə müəyyən edilmiş vaxtda bütün zəruri dəstək sənədləri ilə birlikdə hazırlanmasını təmin etmək;
- Maliyyə nəticələrinin mütəmadi komunikasiyası,təhlili və təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
- Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;
- Portfel şirkətlərdə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini, , hesabatların rəhbərliyə təqdimatını təmin etmək;
- Maliyyə və idarəetmə uçotunun düzgün qurulmasına nəzarəti təmin etmək;
- Hesabatların dəqiqliyini artırmaq üçün maliyyə sistemlərini, prosesləri və prosedurları qiymətləndirmək və təkmilləşdirmək;
- Yeni qurulacaq ERP-də maliyyə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və ERP komandası ilə bərabər onların icrasına nail olmaq;
- Səhmdarlar,Müşahidə Şurası, vergi və digər dövlət qurumları tərəfindən tələb edilən maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək.
VƏZİFƏ TƏLƏBLƏRİ:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 5 il (beynəlxalq audit şirkətlərində və real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri : Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel)
- Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu (ACCA/CIMA)
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:
- Təşkilatçılıq, idarəetmə və şəxsi keyfiyyətlərin yüksək olması;
- Çeviklik və sürətli templi mühitdə prioritetləri təyin etmək bacarığı;
- Komanda daxili və digər departament və qurumlarnan efektiv komunikasiya qurma bacarığı;
- Analitik düşünmə,mürəkkəb və texniki detallara diqqət bacarığı.