Azərşəkər LLC
Baş aqronom
Son tarix 11 iyl 2022 - [email protected]
Vəzifə ilə bağlı biliklər:
- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi və s.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Namizədə tələblər:
- Təhsil: ali ixtisas təhsili (Aqronomluq, Torpaqşünaslıq və aqrokimya);
- Təcrübə: Qeyd olunan vəzifə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;
- Bilik və bacarıq: Şəkər çuğunduru, soya, arpa, buğda, qarğıdalı əkilməsi üzrə;
- Kompüter biliyi: MS Word, Excel və PowerPoint kimi ofis proqramlarından istifadə etmək bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Əla yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları;
- Dil biliyi: Azərbaycan dili əla (Rus və İngilis dil bilikləri arzuolunandır):
Əlavə məlumat:
İş yeri: Goranboy rayonu, Qaramusalı kəndi.
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Son tarix: 10 iyul, 2022-ci il.
Maraqlanan şəxslər öz CV formalarını "Baş aqronom" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.