Azərşəkər LLC
Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Ağcabədi, Yevlax, Şəmkir)
Son tarix 12 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təsərrüfatda aparılan aqrotexniki tədbirlərin keyfiyyətinin yoxlanılması və qeydiyyatı , uyğunsuzluqların müəyyən edilib rəhbərliyə və proses sahibinə məlumat verilməsi və qeydiyyatının aparması
- Sahələrdə gündəlik monitorinqlərin aparılması
- Keyfiyyətə nəzarət planına uyğun lazımı tədbirlərin aparılmasın təşkil etmək , standartdan kənara çıxmalar olduqda prosesi durdurmaq və cavabdeh şəxslərə bildirmək
- Təsərrüfata qəbul olunan mal-materialın (gübrə ,toxum, dərman və. s) qəbulu zamanı keyfiyyət dəyərlərini yoxlamaq, qəbul rəyini vermək
- Texnikaların, nasosların və pivotların texniki qulluqlarının tərtib olunmuş qrafiklərə uyğun aparılmasını yoxlamaq
- Həftəlik olaraq anbarlarda malların düzgün şəraitdə saxlanılması və istifadə müddətlərinə nəzarət etmək və qeydiyyatını aparmaq
- Günlük aparılan monitorinqləri raport halında göndərmək
- Mövsüm bitdikdən sonra İl ərzində təsərrüfatda qeydə alınan uyğunsuzluqlar və onların həlli istiqamətində görülən tədbirlər haqqında təqdimat hazırlamaq.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili səlis, ingilis və rus dilləri arzu olunandır.
- Ofis proqramları (word, excel, outlook)
Əlavə məlumat:
- Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- Funksional rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
- İş yeri: Ağcabədi, Yevlax, Şəmkir təsərrüfatları
- İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis və uyğun region) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq