Azərşəkər LLC
Anbardar (Ağcabədi təsərrüfatı)
"Gemza Group" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"OMT Group" işçi axtarır - 1200-1500 MANAT - VAKANSİYA
"RNKinsurance Services" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Bank of Baku" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Son tarix 07 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
- Mal-materialın qəbulu , təhvili , sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyat və hesabatını tələb olunduğu halda hazırlamaq və aparmaq
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
- Çatdırılacaq materialları və ya bağlamaları zədələnmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə çatdırmaq
- Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlıq vurma avadanlıqlardan istifadə etməklə saxlanc əşyalara ştamp vurmaq.
- Malların tərkibinə uyğun olaraq konteynerlərə, saxlanclara yarlıq yapışdırmaq.
- Təhlükəli malları saxlama ərazisində əvvəlcədən təyin olunmuş müvafiq konteynerlərə daşımaq.
- Sahələri satışı tələb olunan mallar və materiallar ilə vaxtında təmin etmək;
- Anbara giriş-çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək.
- Anbarda aparılan əməliyyatlar zamanı prosedurları yerinə yetirmək, monitorinq etmək və onlara riayyət etmək:
- Təhlükəli maddələr və mallar ilə əlaqədar qanuni tələbləri tətbiq etmək.
- Verilmiş məlumatlar, o cümlədən təsnifat yarlıkları, bəyannamələr, materialların təhlükəsizliyinə dair texniki məlumatların arayış vərəqləri və digər sənədlərə əsasən təhlükəli mallar və ya maddələri müəyyən etmək.
- Çəngəl ağızlı (forklift) qaldırıcı, yük maşın və ya vaqona profilaktik xidmət göstərmək.
- Monitorinq və texniki xidmətin nəticələri barədə müvafiq işçi heyətinə məlumat vermək.
Vəzifə tələbləri:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Müvafiq sahədə iş təcrübəsi: Minimum 1 il
- MS Office istifadə bacarığı (Word, Excel, Power Point); 1 C
- Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.
Əlavə məlumat:
- Struktur: Anbar şöbəsi
- Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Anbardar) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq