Azərşəkər LLC
Direktor Assistenti
Son tarix 20 okt 2024 - [email protected]
Vəzifə ilə bağlı biliklər:
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
- Hesabatları, sənədləri və təqdimatları yazmaq, formatlaşdırmaq və redaktə etmək.
- Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması.
- Daxili şöbələrlə əlaqə saxlamaq, zənglərə cavab vermək və iş səyahətlərini təşkil etmək.
- İdarə heyətinin adından daxili və xarici yazışmaları idarə etmək.
- Görüşləri planlaşdırmaq, tədbirlər təqvimini nəzarətdə saxlamaq və xatırlatmalar göndərmək.
- Sənədlərin surətinin çıxarılması, skan edilməsi və fakslanması, həmçinin qeydlərin aparılması.
- Tələb olunarsa, planlaşdırılan tədbirlər üçün iclas zalını rezervasiya etmək.
- Ofis ləvazimatlarının sifarişi və dəyişdirilməsi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi.
- Ən yaxşı biznes iş təcrübəsinə və etiket qaydalarına riayət etmək.
Namizədə tələlər:
- Təhsil: ali ixtisas təhsili (Katiblik, ofis idarəçiliyi və ya əlaqəli təlimlərdə sertifikat arzuolunandır);
- Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Kompüter biliyi: MS Word, Excel və PowerPoint kimi ofis proqramlarından istifadə etmək bacarığı;
- Daxili və xarici yazışmaları idarə etmək bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Əla yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları;
- Dil biliyi: Azərbaycan və Rus dili əla (İngilis dil bilikləri arzuolunandır):
Əlavə məlumat:
- İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Son tarix: 20/10/2024 -cü il.
Maraqlanan şəxslər öz CV formalarını " Direktor Assistenti " başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq