Azərpoçt
Sənədlərlə iş üzrə aparıcı mütəxəssis (Metodologiya)
Son tarix 30 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Reqlamentləşdirən normativ sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması
- Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
- Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması;
- Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması;
- Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
- Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
- Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
- Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
- Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.
Vəzifə üzrə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Özünü inkişaf etdirmə;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Təqdimat və ünsiyyət bacarığı;
- Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
- Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Sənədlərlə iş üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Hesabatlıq və təhlil üzrə mütəxəssis
Son tarix 30 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Poçt daxili təhlillərin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
- Yeni və mövcud məhsulların maliyyə təhlili, gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması;
- Mərkəzi Banka göndərilən hesabatları hazırlamaq;
- İdarəetmə mühasibatlığının aparılması;
- Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə modellərin hazırlanması;
- Dövrü maliyyə hesabatlarının hazırlanması.
Vəzifə üzrə tələblər:
- Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;
- Hesabatlıq, İdarəetmə/Xərclərə nəzarət və ya maliyyə analizi sahəsində 1 il iş təcrübəsi;
- ACCA FA sertifikatının olaması;
- Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;
- Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
- Komanda şəklində işləmək bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Hesabatlıq və təhlil üzrə mütəxəssis” qeyd etməklə CV-lərini e-mil ünvanına göndərə bilərlər.