Azərpoçt
Xəzinədarlıq şöbəsinin mütəxəssisi
Son tarix 18 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbədəki valyuta mübadiləsinə dair əməliyyatları həyata keçirtmək;
- Şöbədəki qiymətli kağızlarla əməliyyatları həyata keçirtmək;
- Yerli və xarici şirkətlərlə cəmiyyətin nostro hesablarına və həmin banklara münasibətlərə nəzarət etmək
- Şöbəyə aid müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini şöbə müdirinə təqdim edir;
- Statistik məlumatları toplamaq təhlil etmək;
- Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, İnvestisiya, Tətbiqi riyaziyyat, Statistika üzrə);
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Azərbaycan və İngilis dili biliyi yüksək səviyyədə;
- MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə;
- Müştəri yönümlü düşünmə qabiliyyəti;
- Komandada işləmə və problem həll etmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Xəzinədarlıq şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər
Hüquqşünas
Son tarix 15 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması;
- Aidiyyatı bölmələrin normativ və digər sənədlərinin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin və ümumi hüquqi dəstəyin verilməsi;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
- Aidiyyatı dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan sorğulara və şikayətlərə cavabların hazırlanması;
- Məhkəmə iddialarının və ərizələrin, müəyyən məhkəmə işləri üzrə isə etiraz, vəsatət və şikayətlərin hazırlanmasının təmin edilməsi;
- Cəmiyyəti məhkəmələrdə və müvafiq dövlət orqanlarında təmsil edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali hüquq təhsili;
- Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini, həmçinin mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi yaxşı bilməli;
- İngilis dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilmək üstünlükdür);
- Microsoft office proqramları ilə yaxşı işləməyi bacarmalı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Əmək məzuniyyəti: 30 təqvim günü;
- Əmək haqqı razılaşma ilə
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Kart təşkilatları ilə qarşılıqlı əməkdaşlıq üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 18 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
- Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
- Kart məhsulları üzrə bazarın araşdırılması , onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı;
- VİSA və MasterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni bülletenlərin işlənilməsi;
- VİSA və MasterCard web tətbiqlərinə nəzarət edilnəsi və yenilənmələrin tətbiq edilməsi;
- VİSA, MasterCard, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrin icra edilməsi və prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Azərbaycan dili biliyi, (İngilis və rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Satış və müştəri yönümlülük;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kart təşkilatları ilə qarşılıqlı əməkdaşlıq üzrə Mütəxəssis/Aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
ATM və Pos Terminallar üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 18 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Bankomatların işlək vəziyyətdə olmasına nəzarət etmək, işləmədiyi halda yerində baxış keçirilməsi ilə bağlı servisə məlumat vermək;
- Bankomatların quraşdırılmasını və profilaktik işlərini təmin etmək;
- Bankomatlara yerləşdirilən nağd vəsaitlərin qalıqlarını monitorinq etmək;
- Pos terminalların işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Müştərilərdən daxil olan sorğulara baxılması pos terminalların çalışmaması şəbəkənin olmaması və s məsələlərdə problemin aradan qaldırılması;
- Pos terminalların proqram təminatının yazılması, fiziki quraşdırılması;
- Pos terminalların ayda bir dəfə monitorinqi, dövriyyə hesabatının hazırlanmsı;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyalarının icra edilməsi;
- Yeni ticarət müəssisələrinin və partnyorların cəlb edilməsi;
- Pos terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
- Pos terminal istifadəsi üzrə təlimləri keçirmək;
- Elektron ticarət (e-commerce) xidmətinin tətbiqi, inkişafı.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Azərbaycan dili biliyi, (İngilis və rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Satış və müştəri yönümlülük;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “ATM və Pos Terminallar üzrə Mütəxəssis/Aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.