Azərpoçt
Software Tester (Proqram təminatı üzrə testçi)
Son tarix 18 noy 2023 - [email protected]
Vakansiya Haqqında:
Biz dinamik komandamıza qoşulmaq üçün xüsusi və istedadlı Software tester axtarırıq. Proqram təminatı testçi olaraq, proqram təminatının hazırlanması və mühitlərə yerləşdirilməsi zamanı keyfiyyət yoxlanışı mərhələsində iştirak edəcəksiniz. Tərtibatçılar tərəfindən yaradılan proqram təminatının məqsədə uyğun olmasını və məhsul gündəlik istifadəçilərə təqdim edilməzdən əvvəl onun daxilindəki hər hansı səhv və ya problemlərin aradan qaldırılması üçün avtomatlaşdırılmış və əl ilə sınaqlar keçirəcəksiniz.
Vəzifə öhdəlikləri:
- Proqram təminatı tələblərinin nəzərdən keçirilməsi və sınaq ssenarilərinin hazırlanması;
- Dizaynın nəzərdən keçirilməsində iştirak etmək və tələblər, məhsul dizaynı və potensial problemlər haqqında qeydlərin verilməsi;
- Layihə çərçivəsini anlamaq üçün sistem istifadəçiləri ilə görüşlərin keçirilməsi;
- Proqram təminatı tərtibatçıları və layihəyə dəstək qrupları ilə işlənilməsi;
- Biznes tələblərinin müəyyən edilməsi;
- Sənədlərin nəzərdən keçirilməsi;
- Layihənin sınaq işinin planlaşdırılması;
- Stress testi, performans testi, funksional test və miqyaslılıq testinin həyata keçirilməsi;
- Test skriptlərinin yazılması və icra edilməsi;
- Əl ilə və avtomatlaşdırılmış testləri həyata keçirilməsi;
- Veb və mobil daxil olmaqla müxtəlif mühitlərdə sınaqlar keçirilməsi;
- Aşkarlanan nöqsanların hesabatlarının yazılması;
- Kodu qiymətləndirilməsi;
- Departament və layihənin son tarixlərinə uyğun işlənilməsi;
- Proqram təminatının hazırlanması üzrə layihə qruplarına obyektiv rəy təqdim edilməsi;
- Problemlərin aradan qaldırılması və problemin həlli;
- Riski azaltmaq üçün testlərin dizayn edilməsi;
- Tapıntıları proqram təminatının hazırlanması və biznes istifadəçi qruplarına təqdim edilməsi;
- Eyni vaxtda bir neçə layihə üzərində işlənilməsi;
- Nəticələrin texniki və qeyri-texniki həmkarlara çatdırılması.
Vəzifə üzrə tələblər:
- Kompüter Elmləri və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsi;
- Proqram təminatının test dizaynı və sınaq metodologiyaları haqqında müasir biliklər;
- Test texnikaları üzrə praktiki bilikləri;
- Proqramlaşdırma üzrə praktiki bilikləri;
- Problem həll etmə bacarığı;
- Əla ünsiyyət və tənqidi düşünmə bacarığı;
- Yaxşı təşkilatçılıq bacarığı və detala yönümlü düşüncə tərzi;
- Müvafiq sahələrdə ən azı 2 il təcrübəsi.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Software tester” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
DevOps mühəndisi
Son tarix 18 noy 2023 [email protected]
Vakansiya Haqqında:
Biz dinamik komandamıza qoşulmaq üçün xüsusi və istedadlı gənc DevOps Mühəndisi axtarırıq. İdeal namizəd ilk növbədə şirkətimiz tərəfindən hazırlanmış platformaların həm sınaq, həm də istehsal mühitlərində yüklənməsini, performansın optimallaşdırılması, etibarlılığın və işə davamlılığının təmin edilməsinə cavabdeh olacaq.
Vəzifə öhdəlikləri:
- Jenkins CI/CD pipeline istifadə edərək davamlı yükləmə və çatdırılmanın asanlaşdırılması;
- Minimum dayanma müddətini və buraxılış qaydalarına riayət etməyi təmin edərək, sınaq və istehsal mühitlərində platforma yekləmələrinin idarə edilməsi;
- Proqramçı, test və əməliyyat qrupları ilə səmərəli əməkdaşlıq edilməsi;
- Yerləşdirilmiş proqramlara nəzarət etmək, optimal performansı təmin etmək və hər hansı problemi və ya kəsintiləri vaxtında həll edilməsi;
- Şirkət təlimatlarına və İT ən yaxşı təcrübələrinə uyğun olaraq sistemin təhlükəsizliyini qorunması və təkmilləşdirilməsi;
- Yükləmə prosesləri, konfiqurasiyalar və problemlərin aradan qaldırılması təlimatları ilə bağlı aydın sənədlərin hazırlanması.
Vəzifə üzrə tələblər:
- Kompüter Elmləri, İT və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- CI/CD pipeline yaradılması və idarə edilməsi üçün Jenkins haqqında yaxşı anlayış;
- Linux əməliyyat mühitlərini inzibatçılıq və idarə etmə təcrübəsi;
- Nginx, Tomcat idarə etmə bacarığı;
- Skript yazma bacarıqları;
- DevOps alətləri ilə işləmək (K8s, docker, Jenkins, Git);
- Güclü problem həll etmə bacarığı;
- Əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
- Kollektiv düşüncə tərzi və komandada yaxşı işləmək bacarığı;
- Analoji rolda və ya DevOps təcrübələri ilə bağlı əhəmiyyətli layihə işində əvvəlki təcrübə üstünlükdür.
- Vəzifəyə aid sertifikatların olması üstünlükdür.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “DevOps mühəndisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Karqo üzrə layihə rəhbəri
Son tarix 17 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Əməliyyatların vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
- Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlanması və icra edilməsi;
- Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələrin müəyyən edilməsi; səmərəliliyin artırılması və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlanması və həyata keçirilməsi;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
- Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması;
- Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
- Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin həll edilməsi
- Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edilməsi;
- Yüklərin sənaye standartlarına və qaydalarına uyğun olaraq idarə olunmasını, saxlanmasını və daşınmasını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini həyata keçirilməsi və tətbiq edilməsi;
- Layihə çərçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlanması və tətbiq edilməsi;
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi;
- Gündəlik hesabatların hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Menecment, Biznesin idarə edilməsi);
- Karqo şirkətlərində idarə etmə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
- Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
- Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Karqo üzrə layihə rəhbəri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.