Azərpoçt
Daxili Audit Departamentinin Baş Auditoru
Son tarix 30 avq 2025 - [email protected]
Azərbaycanın ən böyük bankı - ABB Bank işçilər axtarır - VAKANSİYALAR
Təsvir:
- Müstəqil auditin aparılması;
- Audit proqramının tərtib edilməsi və icrasına nəzarət;
- Audit zamanı qrup rəhbəri olaraq işin bölüşdürülməsi, qrup üzvlərinə lazımi istiqamətlərin verilməsi və dəstək olunması;
- Audit üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Aktivlərin və kapitalın qorunması istiqamətində auditin aparılması;
- Audit zamanı qanun, qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi;
- Müşahidə şurası, Audit komitəsi və İdarə heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsi;
- Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali iqtisadi/hüquqi təhsil;
- Minimum 5 il iş təcrübəsi (Daxili audit üzrə minimum 3 il iş təcrübəsi);
- Əla səviyyədə ingilis dili biliyi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Poçt haqqında qanun və Mərkəzi Bankın normativ aktlarını yaxşı bilmək;
- Daxili audit üzrə beynəlxalq mütərəqqi praktik biliklər;
- Hesabatların hazırlanması və yaxşı yazı bacarıqları;
- Audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Yüksək səviyyədə analitik və risk əsaslı düşünmə bacarığı;
- İdarəetmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı;
- Komanda şəklində işləmək bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
Vakansiya haqqında:
- İş yeri: Baş ofis, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72;
- Tam ştat (Bazar ertəsi-Cümə günləri);
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı razılaşma ilə.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş auditor” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.