Azərpoçt
İşə qəbul üzrə mütəxəssis
Son tarix 15 iyn 2024 - [email protected]
İşə qəbul üzrə mütəxəssis (Bölgələr üzrə)
Vəzifə öhdəlikləri:
- Poçt filial və şöbələri ilə danışıqlar apararaq işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
- İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək,
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- Bölgələr üzrə məşğulluq agentlikləri ilə işləmək
- Müsahibələrin keçirilməsi;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini təqdim olunması;
- Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- Çıxış müsahibələrinin aparılması;
- Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlər bazasının hazırlanması:
Vəzifə üzrə tələblər:
- İşə qəbul üzrə 1-3 il iş təcrübəsi;
- Bölgələrdə namizədlərin cəlbi və işə qəbul təcrübəsi mütləqdir:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək üstünlükdür;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Operativ qərar vermə və analtik düşüncə;
- İşgüzar yazışma bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis (Bölgələr üzrə)” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.