Azərpoçt
Korporativ satış üzrə mütəxəssis (Azərekspresspoçt)
Son tarix 27 apr 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Marketinq qrupu ilə birgə olaraq bazarının monitorinqi həyata keçirərək xidmətlərə olan tələbatı, rəqib fəaliyyəti və yeni trendləri izləmək;
- Satış planına müfaviq olaraq B2B seqmentində yeni müştəriləri cəlb etmək və müştəri bazasını genişləndirmək, potensial müştərilərlə fərdi görüşlər keçirmək;
- Kommersiya təkliflərini formalaşdıraraq müştərilərə təqdim etmək;
- Müxtəlif tenderlərdə iştirak edərək tender təkliflərini hazırlamaq və müştərilərə təqdim etmək;
- Mövcüd müştərilərlə görüşlər keçirmək, xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlamaq və təşəbbüslər irəli sürmək;
- Müştərilərlə görüş və təqdimatlarda, eləcə də sərgi, konfrans və digər tədbirlərdə şirkəti təmsil etmək;
- Satış hədəflərinə nail olmaq məqsədilə səmərəli təkliflər irəli sürmək;
- Təyin olunmuş müddətlərdə və təsdiq olunmuş formada həyata keçirilmiş işlər haqqında hesabatlar təqdim etmək;
- Danışıqlar keçirilərkən danışıq qaydalarına və iş etikasına riayət etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Korporativ satış üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və rus dili biliyi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Əla ünsiyyət və təqdimat bacarığı;
- Satış və müştəri yönümlülük;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-ci məhəllə
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis (Azərekspresspoçt)” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.