Azərpoçt
Rəqəmsal marketinq mütəxəssisi
Son tarix 06 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilatın biznes məqsədləri və marketinq planına uyğun olaraq rəqəmsal marketinq strategiyalarının hazırlanması;
- Sosial media, axtarış motoru və GDN kimi müxtəlif rəqəmsal kanallarda targeting daxil olmaqla reklam kampaniyaların idarə və icra edilməsi;
- Rəqəmsal marketinq kampaniyalarının performansının ölçülməsi və hesabatların təqdim edilməsi;
- Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin təhlil edlməsi və optimallaşdırılması;
- Rəqəmsal bazarda tendensiyaların, eləcə də rəqiblərin fəaliyyətinin araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin verilməsi;
- Maraqlı məzmun yaratmaqla bağlı şirkətin aidiyyatı olan işçi və şöbələri ilə əməkdaşlıq edilməsi;
- Şirkətin vebsaytı və həmçinin şirkətin məhsul və xidmətlərinə aid vebsaytlarının performansının təhlil edilməsi (Google Analytics və s.);
- SEO səviyyəsinin artırılması üçün tövsiyələrin verilməsi.
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi və.s) təhsil;
- Rəqəmsal marketinq üzrə 3 il iş təcrübəsi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- META, Google Ads və Google Analytics üzrə beynəlxalq sertifikatlar
- Analitik düşüncə qabiliyyəti;
- Yaxşı səviyyədə ingilis dili biliyi (Rus dili biliyi üstünükdür);
- Komanda şəklində işləmək bacarığı;
- Hesabatlıq və təqdimat bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.