Azərpoçt
E-commerce üzrə layihə rəhbəri
Son tarix 26 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- E-Ticarət əməliyyat proseslərində, sifariş və logistika idarəçiliyin təmin edilməsi;
- Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlanması və icra edilməsi;
- Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunun təşkil edilməsi;
- Layihənin genişlənməsinə, şaxələndirilməsinə və uzunmüddətli davamlılığına rəhbərlik etmək üçün tədbirlər planı hazırlanması;
- Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələrin müəyyən edilməsi; səmərəliliyin artırılması və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlanması və həyata keçirilməsi;
- Trendlərin müəyyən edilməsi, əməliyyat performansının ölçülməsi və təkmilləşdirilməsi, fəaliyyət planlarını hazırlamaq üçün məlumatları və əsas performans göstəricilərinin (KPI) təhlil edilməsi;
- Müştərilər və maraqlı tərəflərlə onların xüsusi karqo tələblərini anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək üçün sıx əməkdaşlıq edilməsi;
- Performans hədəflərinə çatarkən resursların sərfəli şəkildə bölüşdürülməsini təmin edərək, əməliyyat büdcəsini hazırlanması və idarə edilməsi;
- Xərclərə qənaət imkanlarını müəyyənləşdirmək və əməliyyat xərclərini optimallaşdırmaq üçün strategiyaların həyata keçirilməsi;
- Yük daşıyıcıları, nəzarətçilər və logistika koordinatorları da daxil olmaqla əməliyyat heyətinə rəhbərlik etmək və onlara nəzarət edilməsi;
- Yüklərin sənaye standartlarına və qaydalarına uyğun olaraq idarə olunmasını, saxlanmasını və daşınmasını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini həyata keçirilməsi və tətbiq edilməsi;
- Lazımi icazə və lisenziyaları saxlamaq üçün müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi, vəya Layihə idarəedilməsi olması üstünlükdür)
- E-commerce üzrə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Yükün idarə edilməsi prosedurları, daşıma rejimləri və logistika prinsipləri haqqında güclü anlayış.
- Yüklərin izlənməsi, inventarların idarə edilməsi və əməliyyat təhlili üçün müvafiq proqram və sistemlərdən istifadə bacarığı.
- Əla ünsiyyət və təqdimat bacarığı
- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
- Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “E-commerce üzrə layihə rəhbəri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.