Azərpoçt
Analitika və Biznesin təhlili üzrə Mütəxəssis
Son tarix 05 dek 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Daxili məlumatları təhlil etmək və müəssisənin gəlirlərini artırmaq və xərclərini azaltmaq məqsədi ilə dövri bazar araşdırmaları aparmaq.
- Məhsul portfelinin optimallaşdırılması ilə bağlı məlumatları araşdırmaq və periodik tövsiyələrini paylaşmaq.
- Poçt sənayesindəki beynəlxalq tendensiyaları və müəssisənin kommersiya strategiyasına təsirini izləmək.
- Müəssisənin fəaliyyətinin monitorinqi: xidmətlər, məhsullar üzrə faktiki KPI-ların izlənməsi və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vaxtaşırı tövsiyələr vermək.
- Müəssisə daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların daimi üzləşdirilməsi.
- Müəssisənin göstəriciləri haqqında aylıq hesabatlar hazırlamaq.
- Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
- Menecment tələblərinə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatın yığılması, analizi və vizualizasiyası daimi optimallaşdırılması.
- Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi
Nami̇zədə Dai̇r Tələblər:
- İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;
- Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
- Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
- Azərbaycan, Ingilis və Rus dillərini yüksək səviyyədə bilməsi;
- MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın yüksək səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R);
- Müştəri yönümlü düşünmə qabiliyyəti;
- Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Analitika və Biznesin təhlili üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.