Azərpambıq ASK MMC
Maliyyə və uçot şöbəsində Böyük mütəxəssis (büdcə və hesabatlılıq üzrə)
Son tarix 12 sen 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya Riyaziyyat üzrə);
- Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Maliyyə hesabatlılığı sahəsində minimum 2 il);
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) dair biliklər;
- Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
- Beynəlxalq sertifikatlar əlavə üstünlükdür (ACCA, CIMA, CFA, CPA);
İş nümunələri:
- Şirkətin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) hazırlanması;
- Şirkətin aylıq, rüblük, illik idarəetmə hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının analitik təhlilinin həyata keçirilməsi;
- Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi üçün təkliflərin verilməsi;
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflərin verilməsi;
- Şirkətin maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması prosesində iştirak və ERP sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Şirkətin illik büdcəsinin tərtibi prosesində iştirak və büdcə hazırlanması üçün təqdim olunan məlumatların təhlil edilməsi;
- Aylıq əsasda büdcə-fakt analizlərinin aparılması və yaranan kənarlaşmaların araşdırılması;
- Daxili və xarici audit prosesində iştirak və auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması.
İstirahət vaxtı: şənbə, bazar
İş rejimi: 5 gün
Həftədə 40 saat
Əmək haqqı: 1500 AZN.
Telefon: +994 12 4649218
Uyğun namizədlərdən CV-lərini mail ünvanına mövzu yerinə “Böyük mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.