Vakansiya 1: Əlaqə Mərkəzi Operatoru
Tələblər:
- Bakalavr dərəcəsi;
- Çağrı Mərkəzlərində və ya Əlaqə Mərkəzlərində 2 il və daha çox iş təcrübəsi;
- Telesatış təcrübəsi üstünlükdür;
- Sosial Mediaya gələn şərhlərə cavablandırma təcrübəsi;
- Facebook, Instagram, Twitter, Telegram, YouTube və s. kimi sosial şəbəkə proqramlarından rahat istifadə bacarığı;
- Azərbaycan və rus dillərini bilmək (ingilis və türk dillərini bilənlərə üstünlük verilir);
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı;
- Səlis və aydın intonasiya;
- Microsoft Office proqramlarından sərbəst istifadə;
- Məsuliyyətli, səbirli və stresə davamlılıq;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Sosial media, e-poçt, telefon və s. kimi əlaqə kanalları üzərindən daxil olana sorğu və istəklərə cavab vermək. Qarşılaşılan problemləri təhlil edərək müştərilərə və potensial müştərilərə həll yollarını demək;
- Müştərilərdən gələn bütün sorğuları və ya gedən bütün zəngləri müvafiq proqrama qeyd etmək;
- Müştərilərdən gələn şikayət və təklifləri müvafiq şöbələrə göndərmək;
- Satış fəaliyyətləri ilə bağlı müştərilərlə əlaqə saxlamaq və hədəflənmiş satış məqsədlərini yerinə yetirmək;
- Hər hansı gözlənilməz hal zamanı supervayzerə məlumat vermək;
- Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Maraqlanan şəxslərin öz CV-lərini mövzu (subject) hissəsində " Əlaqə Mərkəzi Operatoru" yazmaqla göndərmələri xahiş olunur.
Namizədlər öz CV-ni [email protected] email adresinə göndərə bilərlər.
Vakansiya 2: Qrafik dizayner
Əsas öhdəliklər:
- Əsasən Sosial Media və digər rəqəmsal kontentlerin hazırlanması;
- Lazım olduqda Sosial Media üçün (əsas səviyyə) video montaj və 2D animasiyaların hazırlanması;
- Lazım olduqda səhifələrin və veb-interfeyslərin tərtibatı və dizaynının hazırlanması;
- Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ən azı 4 il dizayner olaraq iş təcrübəsi
- Illustrator, Photoshop, InDesign və Figma proqramlarını mükəmməl səviyyədə bilmək
- Adobe Premier, After Effects proqramlarını bilməsi əlavə üstünlükdür
- Sosial Media və digər rəqəmsal məzmunların hazırlanmasında iş təcrübəsi
- Səhifələrin və veb interfeyslərin tərtibatı və dizaynının hazırlanmasında iş təcrübəsi
- Maraqlı portfelinin olması
- Müasir veb-dizayn tendensiyalarını izləmək
- Daim öyrənmək və inkişaf etmək istəyi
- Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq
- İşə xüsusi diqqətlə yanaşmaq
- Kollektivdə işləmək bacarığı
- Bundan başqa, şəkil çəkmək, hərəkət dizaynından xəbərdar olmaq, ikonoqrafiya və bu sahəyə aid digər bacarıqlar əlavə üstünlüklərdir.
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Qrafik dizayner" yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.
Namizədlər öz CV-ni [email protected] email adresinə göndərə bilərlər