Azərpoçt
Marketinq şöbəsinin müdiri
Son tarix 19 fev 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilatın illik marketinq planının icrasının təşkili
- Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması
- Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi
- Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması
- Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
- “Google SEO” və “Mass Mail” işinin təşkili
- Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili
- Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
- Dövrü hesabatların hazırlanması və təhlili.
Namizədə dair tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
- Rus və ingilis dili biliyi
- MS ofis proqramlarından istifadə bacarığı
- Təqdimat və ünsiyyət bacarığı
- Analitik və tənqidi düşünmə bacarığı
- Məsuliyyətlilik, çeviklik, dürüstlük
- Komanda ilə işləmə bacarığı
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini“Marketinq şöbəsinin müdiri” başlığı ilə göndərə bilərlər.