KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer
Son tarix 26 may 2022 - [email protected]
Hesabat verir: Marketinq Direktoruna
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1100-1500-1800 manat - 29 VAKANSİYA
Əsas öhdəliklər:
-
KSM üzrə uzun müddətli strategiyanın, siyasətin hazırlanması, müxtəlif istiqamətlər (Təhsil, elm, idman, sosial təminat, ekologiya və s.) üzrə KSM proqramlarının hazırlanması və fəaliyyətlərinin planlaşdırılması;
-
Sosial tərəfdaşlıq, sosial məsuliyyət və sosial proqramların təşkilində uğurlu korporativ təcrübələrin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
-
KSM ilə əlaqədar əsas paydaşların (Cəmiyyət, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
-
Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
-
KSM layihələrinin icrası ilə əlaqədar müvafiq dövlət və özəl qurumlar, təşkilatlar, agentliklə, konüllülərlə və s. əməkdaşlıq edilməsi, layihənin tam şəkildə icrasının təmin edilməsi;
-
Dövlət orqanları ilə qarşılıqlı ictimai əlaqələrin qurulması;
-
KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi işlərinin görülməsi;
-
İllik KSM büdcəsinin hazırlanması, xərclərə nəzarət edilməsi, büdcənin effektiv idarə edilməsi;
-
KSM layihələri çərçivəsində müxtəlif tədbirlərin (konfrans, seminar, təlim və s.) təşkil olunması;
-
KSM layihələrinin işıqlandırılması ilə əlaqədar olaraq PR və Marketinq şöbələri ilə yaxından çalışılması;
-
Periodik KSM fəaliyyət hesabatlarının hazırlanması;
-
KSM məsələləri üzrə proseslərin və sənəd dövriyyəsinin idarə edilməsi.
Tələblər:
-
İctimaiyyətlə əlaqələr, korporativ ünsiyyət və ya marketinq sahəsində ali təhsili olmalı;
-
İctimaiyyətlə əlaqələr, KSM və ya marketinq kommunikasiyaları sahələrində ən azı 5 il iş təcrübəsi olmalı;
-
Güclü analitik bacarığı. Mürəkkəb məsələləri/problemləri müəyyən etmək və həll etmək bacarığı;
-
Təşklatçılıq və təmsil etmək bacarığı;
-
Komanda işi və əməkdaşlıq etmə bacarığı;
-
Tədbirlərin təşkilatçığı təcrübəsi olana üstünlük veriləcəkdir;
-
Azərbaycan, İngilis dillərini səlis bilməsi; Türk və Rus dillərini bilənlərə üstünlük veriləcəkdir;
-
MS Office proqramlarını bilməli; Power Point programını yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini mövzu (subject) hissəsində "KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer" yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.