Azercosmos
Maliyyə analitiki
Son tarix 30 mar 2023 - [email protected]
Əsas funksiyalar:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçotunu aparılması və maliyyə hesabatlarının tərtib edilməsi;
- İllik büdcənin tərtib edilməsi və icrasına nəzarət;
- Layihələrin iqtisadi əsaslandırılmasının və onların icra vəziyyəti barədə hesabatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların (pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər), proqnozların, təqdimatların hazırlanması və analitik təhlillərin aparılması;
- Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
- Departament daxili prosedurların və təlimatların, uçot siyasətinin hazırlanmasında iştirak;
- Departamentin fəaliyyəti ilə bağlı departament rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadi)
- Maliyyə sahəsi üzrə azı 2 il iş təcrübəsi
Bilik və bacarıqlar:
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər
- Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə)
- ACCA sertifikatları (minimum F7 - Financial Reporting) və ya ekvivalent sertifikatlarının olması
- Riyazi hesablama aparma və analitik təhlil bacarıqları
- Təşəbbüskarlıq bacarığı, yeniliyə açıqlıq
- Çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik
Kompüter bilikləri:
- MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı)
- “1C 8.3 Mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə)
Dil bilikləri:
- Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
- İngilis dili (upper-intermediate səviyyəsində)
- Rus dili (arzu olunandır)
İş qrafiki:
- İş qrafiki : Tam iş günü (həftə arası 5 gün)
Bu meyarlara uyğun namizədlər CV-lərini 29.03.2023-cü il tarixinədək “Maliyyə analitiki” başlığı ilə göndərə bilərlər.