Azəristiliktəchizat ASC
Daxili auditor
Son tarix 21 okt 2023 [email protected]
İşin qısa təsviri:
- “Azəristiliktəchizat” ASC-nin Daxili auditoru maliyyə prosedurlarına riayət olunmasının təmin edilməsində, müntəzəm olaraq auditlərin aparılmasında, monitorinqlərdə, araşdırmalarda, maliyyə və digər sahələrin sənədlərinin yoxlanılmasında, şirkətdə ümumi səmərəliliyin artırılmasına töhfə verməkdə mühüm rol oynayır. Auditor, ilk növbədə, aktivlərin müəyyən edilməsi və bərpası, maliyyə hesabatlarının dəqiqiliyinin və etibarlığının qiymətləndirilməsində audit fəaliyyətinə dəstək verməlidir.
Vəzifə öhdəlikləri:
- Daxili nəzarətin effektivliyini, maliyyə qeydlərinin düzgünlüyünü, müəyyən edilmiş siyasət və prosedurlara uyğunluğunu qiymətləndirmək üçün müntəzəm olaraq daxili audit yoxlamalarının aparılması;
- Yerli, beynəlxalq standartlara və mərkəzi istilik sənayesində qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi;
- Fondların izlənməsi, bərpa oluna bilən aktivlərin və potensial risk və ya uyğunsuzluq sahələrinin müəyyən edilməsi üçün hüquqi araşdırmalar;
- Maliyyə məlumatlarının şərhi, performans göstəricilərinin müqayisəsi və təftiş hesabatlarının hazırlanması;
- Riskin qiymətləndirilməsi və potensial risklərin müəyyən edilməsi;
- Təşkilatın fəaliyyətinin və maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün detallı audit hesabatlarının hazırlanması;
- Tövsiyə olunan dəyişikliklərin həyata keçirilməsini təmin etmək üçün səmərəliliyi artıran təkliflər vermək və digər şöbələrlə əməkdaşlıq etmək;
Tələblər:
- Mühasibat uçotu, Maliyyə, Audit və ya digər əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
- Daxili audit sahəsində bir neçə illik təcrübə (İstilik və ya enerji sektorunda təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının mühasibat uçotu və maliyyə sahəsində qanunları, mövcud standartları bilməsi, mərkəzi istilik sektorunun fəaliyyəti haqqında ümumi biliklər;
- Azərbaycan və İngilis dillərini bilmək;
- Certified Internal Auditor (CIA), Certified Public Accountant (CPA), və ya Certified Information Systems Auditor (CISA) kimi sertifikatlar üstünlük hesab edilir;
- Mühasibat uçotu və audit proqramlarında sərbəst işləmək bacarığı və daxili nəzarət sistemləri üzrə biliklər;
- Güclü analitik bacarıqlar, yüksək səviyyədə ünsiyyət və problemləri həll etmə bacarığı;
İş mühiti:
- Gündəlik tapşırıqlar əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur. Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur. İstehsalat sahələrində yoxlama, monitorinq, sahə araşdırmalarının aparılması üçün ezamiyyə və səfərlər tələb oluna bilər.
Son müraciət tarixi: 20.10.2023
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili auditor” yazaraq göndərmələri xahiş olunur.